SOCAR niyə bp kimi işçiləri tufanda sahilə göndərmədi? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-12-2015, 23:06 | Şərh sayı: (0) | Baxılıb: 325
SOCAR niyə bp kimi işçiləri tufanda sahilə göndərmədi?
"Günəşli" yatağında baş vermiş faciə ölkə gündəminin əsas müzakirə mövzusudur. Bir neçə gündür ki, sosial şəbəkələrdə bp şirkətinin dekabrın 3-də (yanğın günündən 1 gün əvvəl) tufan xəbərini eşidən kimi işçilərini sahilə göndərməsi ilə bağlı xəbərlər yayılıb. Bu məlumatlardan sonra, SOCAR-ın niyə bu addımı atmamağı və işçilərini təhlükə altında qoyduğu haqda suallar ortaya çıxıb.
Ixlas.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün yanğınla əlaqədar olaraq səlahiyyətli şəxslər AzTv-nin efirində müzakirələr aparıblar.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Nizaməddin Quliyev jurnalistin məhz işçilərin 1 gün əvvəl niyə təxliyə edilməməsi ilə bağlı sualını belə cavablandırıb:
"Özülün dayağında qəza vəziyyəti yaranmayıbsa, o özüldən insanların çıxarılmasına ehtiyac yoxdu. Dünya təcrübəsində belə bir şey nəzərdə tutulmayıb. O ki, qaldı bayır işləri ilə məşğul olmağa, bəli o cür şəraitdə bayır işlərinin görülməsinə məhdudiyyətlər qoyulmalıdı. Və bizdə də qoyulub.
İndi bu dəqiqə bizim 8-9 xəstəmiz var xəstəxanalarda, onlardan yalnız biri Yanıq Mərkəzindədir. Əgər o insanlar həmin vaxt iş yerində olsaydılar, ordakı insanların 70-80 faizini biz gərək yanıq xəsarətləri ilə götürərdik ordan. Elə bir hal olmayıb, lazımi tədbirlə vaxtında görülüb".
Nizaməddin Quliyev neftçilərin təhlükəsizlik məsələləri ilə bağlı təlimatlı olduqlarını da qeyd edib:
"Qayığın keyfiyyəti və insanların təlim keçməsi ilə bağlı bunu demək istəyirəm ki, mən mətbuat konfransında jurnalistlərin nəzərinə çatdırmaq üçün 1 topa protokol gətirmişdim. Həmin protokollarda insanların dəniz şəraitində təhlükəsizlik qaydalarını öyrənməsi haqda konkret kurs keçmələri, imtahan vermələri və sertifikat almaları qeyd edilmişdi".
Xatırladaq ki, "Günəşli" yatağındaki dəhşətli yanğından 33 nəfər xilas edilib, 30 nəfər itkin düşüb. İtkinlərdən yalnız 6 nəfərin meyiti tapılıb, axtarışlar davam etdirilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər