"Sürücü özünü aldadır" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-01-2016, 18:31 | Şərh sayı: (0) | Baxılıb: 250
"Sürücü özünü aldadır"
"Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutusu, yanğınsöndürən balon və qəza-duracaq nişanı olmalıdır".
"Bəzən jurnalistlər elə yazırlar ki, sanki kimsə dərman qutusu satmaq istəyir, lakin bu düzgün yanaşma deyil".
Bunu APA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyib.
O bildirib ki, həmin vasitələr avtomobildə olmasa, sürücü məsuliyyətə cəlb olunur: "Əgər həmin vasitələr avtomobildə olmasa, cərimə yazıla bilər. Lakin vətəndaşlar cərimə yazılmasından çox, həmin vasitələrin avtomobildə olmasının vacibliyini başa düşməlidirlər. Sürücülər müəyyən məbləğdə cərimə ödəməkdənsə, həmin vasitələrdən istifadə etməyi bacarmalıdırlar. Bütün bunlar "Yol hərəkəti haqqında" qanun və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Necə ki, hava şəraitindən asılı olmayaraq sürücü avtomobilin işıqlarını və nömrə nişanlarını təmizləməlidir, elə də bütün bunlar avtomobillərdə olmalıdır. Yanğınsöndürən balonla bağlı bəziləri deyir, sprey olmalıdır, bəziləri deyir, toz formasında olmalıdır. Yanğını nə söndürə bilər - bunu da mütəxəssislər bilir. Hansı vasitə ilə yanğını söndürmək mümkündür - ondan olmalıdır".
V. Əsədov qeyd edib ki, yol polisinin məqsədi cərimə yazmaq deyil. "Biz istəyirik ki, bu qanunlara əməl olunsun. Yol polisi gündəlik reydlər zamanı bu məsələyə diqqət edir. Əgər kimsə boş qutu alıb qoyursa və yaxud dərmanların vaxtı bitibsə, bu zaman sürücü özünü aldadır. Bundan əlavə, sürücülər həmin vasitələrdən istifadə qaydalarını da bilməlidirlər. Bu qaydaları bilən kifayət qədər sürücü var. Bunu inzibati xəta kimi qələmə vermək lazım deyil. Bu qaydaları hər kəs bilməlidir və buna əməl etməlidir. Ajiotaj formasında yazırlar ki, yol polisi sürücüləri cərimələməyə başlayacaq. Onsuz da hər bir yol polisi xidmət göstərdiyi ərazilərdə bu məsələyə diqqət edir. Biz bilirik ki, əksər maşınlarda bu vasitələr yoxdur. Bunun olmasını, həmin vasitələrdən istifadə olunmasına üstünlük verilməsini təbliğ etmək istəyirik", - deyə o vurğulayıb.
V. Əsədov bildirib ki, əgər həmin vasitələr avtomobildə olmasa, cərimə yazıla bilər: "Cərimənin məbləği 5 manatdır. Ötən il ərzində təbliğat xarakterli reydlər keçirmişik və 30-a yaxın protokol yazmışıq. Bəzən jurnalistlər elə formada yazırlar ki, elə bil kimsə dərman qutusu satmaq istəyir. Lakin bu düzgün yanaşma deyil".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər