Reseptlərlə bağlı yeni qanun... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-01-2016, 16:43 | Şərh sayı: (0) | Baxılıb: 242
Reseptlərlə bağlı yeni qanun...
“Dərmanın tərkibində 3 və ya artıq maddə olarsa, bu halda həkim reseptdə dərmanın ticarət adını yazmalıdır”.
Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib. O bildirib ki, Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları” təsdiq edilib: “Qaydaların tələblərini pozan şəxslər qanunvericilikdə nəzərdə tutulan inzibati və cinayət məsuliyyəti daşıyırlar. Eyni zamanda, respublikanın tibb idarə və müəssisələrinin rəhbərlərinə təsdiq edilmiş qaydalara riayət edilməsi tapşırılıb”.
L.Bayramova qeyd edib ki, təsdiq edilmiş “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydalar”ına görə, həkimlər xəstələrə resept yazarkən dərman vasitəsinin ticarət adını deyil, beynəlxalq patentləşdirilməmiş adını (generik adını) qeyd edəcəklər: “Beləliklə də xəstə aptekə müraciət edən zaman əczaçı tərəfindən reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada uyğun dərman vasitələri barədə xəstəyə məlumat veriləcək, xəstə də dərman vasitəsinin qiymətinə və istehsalçısına görə özü seçim edə biləcək. Lakin yenə qeyd edirəm ki, dərmanın tərkibində 3 və ya artıq maddə olarsa, bu halda həkim reseptdə dərmanın ticarət adını yazmalıdır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər