Bakıda zavodda kütləvi zəhərlənmə: Fəhlələr xəstəxanaya yerləşdirilib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 16:35 | Şərh sayı: (0) | Baxılıb: 340
Bakıda zavodda kütləvi zəhərlənmə: Fəhlələr xəstəxanaya yerləşdirilib

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən Metal Konstruksiyalar zavodunda bir neçə gün öncə baş verib.
Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Elçin Rəhimovun icarə əsasında işlətdiyi metal qəbulu sexində naməlum səbəbdən Ammonyak turşusu yerə dağılıb.
Nəticədə yaxınlıqdakı taxta sexində işləyən fəhlələr – Göyçay rayon sakini, 1994-cü il təvəllüdlü Yaşar Xancalov, Salyan rayon sakini, 1983-cü il təvəllüdlü Yusif Kərimov, Ağsu rayon sakini, 1985-ci təvəllüdlü Xəqani Nurəliyev, Ucar rayon sakini, 1988-ci il təvəllüdlü Rzaağa Heydərov, Bakı şəhər sakinləri -1971-ci il təvəllüdlü Pərviz Əbdülhəmidov və qardaşı, 1974-cü il təvəllüdlü Rövşən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Toksokologiya xəstəxanasında müalicə olunan fəhlələrin səhhəti qənaətbəxşdir.
Araşdırma aparılır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər