Obama müsəlmanların təhqirinə cavab verdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 21:49 | Şərh sayı: (0) | Baxılıb: 241
Obama müsəlmanların təhqirinə cavab verdi
"Müsəlmanları təhqir etməklə heç kim ucalmır, əksinə alçalır"
Müsəlman miqrant ABŞ prezidenti Barak Obamanın və onun həyat yoldaşı Mişel Obamanın qonağı olub. Daha doğrusu suriyalı miqrant, elm adamı Refai Hamo Ağ ev rəhbəri və birinci xanımın iştirak etdiyi konfransa xüsusi dəvətli kimi qatılıb. Hamo Türkiyənin miqrantlara xoş münasibətindən danışaraq, bu ölkənin 2 milyon qaçqına ev sahibliyi etdiyini, onlardan birinin də özü olduğunu söyləyib.
ANS PRESS-in məlumatına görə, suriyalı elm adamı “Anadolu" agentliyinə verdiyi müsahibədə, türkləri çox sevdiklərini və buna görə də sığınmaq üçün Türkiyəyə üz tutduqlarını bildirib.
“Çox təəssüf ki, bir universitet məzunu, akademik və bir suriyalı olaraq Türkiyədə öz ixtisasım üzrə iş tapmaq imkanım olmayıb. ABŞ prezidenti Barak Obama “Facebook”da mənimlə əlaqəli bir yazıya rəy bilidirdikdən sonra, bu ölkəyə sığınacaq üçün müraciəti etdim. Burada öz ixtisasım sahəsində işləməyə ümüd edirəm”.
Məsələyə münasibət bildirən Barak Obama, müsəlmanları təhqir etməklə gündəmi bir müddət ələ alan prezidentliyə namizəd Donald Trampı “üstü örtülü” tənqid edib. O, bildirib ki, heç kim müsəlmanları təhqir etdikdə, məscid söküləndə, bir uşağı ələ salanda ucalmır, əksinə hər kəsin gözündə alçalır.
ABŞ da müsəlmanlara və miqrantlara qarşı çıxışların artdığı bir zamanda konqresə dəvət edilən Hamo haqqında amerikalı fotoqrafın "Humans of New York" adlı bolqunda məlumat yer alıb. “Hamo və onun hekayəsi” Obamanın da diqqətini çəkib. Məşhur aktyor Edvard Nortonun da dəstək olduğu kampaniya sayəsində Hamo üçün 450 min dollar yardım toplanıb.
Bir müddət öncə ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp müsəlmanlara qarşı bəyanatı ilə gündəmə gəlib. O hesab edir ki, müsəlmanların ABŞ-a girişinə məhdudiyyətlər qoyulmalıdır. "Ayıq olmalıyıq. ABŞ hökumət nümayəndələrinin nə baş verdiyini anlayana qədər müsəlmanlar ölkəyə buraxılmamalıdır. Müsəlmanların çoxu amerikalılardan nifrət edirlər" - deyə siyasətçi bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər