İki neftçinin meyidi ailələrinə təhvil verilib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-01-2016, 10:49 | Şərh sayı: (0) | Baxılıb: 268
İki neftçinin meyidi ailələrinə təhvil verilib
"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərin ikisinin meyidi ailələrinə təhvil verilib.
Bu barədə APA-ya SOCAR-ın "Azneft" İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, bu gün saat 11:00-da neftçi Quliyev Əzizağa Nöhbala oğlu Bakının Zirə qəsəbəsindəki qəbristanlıqda dəfn olunacaq. Digər neftçi Abdullayev Adil Ələkbər oğlunun dəfn mərasimi isə Novxanı qəbristanlığında baş tutacaq.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, yanvarın 4-də "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha ikisinin meyidi Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
Məlumat daxil olduqdan sonra meyitlərin gətirilməsi üçün dünən səhər Türkmənistana yola düşən FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsi geri qayıdıb. Neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun nəşləri Vətənə gətirilib və aidiyyatı üzrə təhvil verilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər