İtkin düşmüş neftçilərin ailələrinə 15 min manat verilir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 24-12-2015, 23:38 | Şərh sayı: (0) | Baxılıb: 310
İtkin düşmüş neftçilərin ailələrinə 15 min manat verilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamının icrasını təmin etmək məqsədi ilə dekabrın 4-də təbii fəlakət nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı həlak olan və itkin düşən SOCAR əməkdaşlarının hər birinin ailəsinə dövlət tərəfindən 15 000 (on beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb.
Trend-in SOCAR-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 24-dən etibarən bu yardımların, eyni zamanda həmin gün Neft Daşlarındakı 501 saylı özüldə baş vermiş qəzada itkin düşən üç nəfər neftçinin ailəsinə SOCAR tərəfindən ayrılmış eyni məbləğdə birdəfəlik yardımların verilməsi prosesinə başlanılıb. Maliyyə vəsaiti müvafiq idarələrin hesabına köçürülüb, həlak olan və itkin düşən şəxslərin ailə üzvləri ilə keçirilmiş görüşlər əsasında yardımın kimin adına sənədləşdirilməsi məsələsi aydınlaşdırılıb və müvafiq prosedurların həyata keçirilməsinə başlanılıb. Müəyyənləşdirilmiş şəxslərin adına bank hesabları açılması və yardımların həmin hesablara köçürülməsi prosedurları 5 gün ərzində başa çatdırılacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər