“Günəşli”də yanan neft quyuları tam söndürüldü |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-12-2015, 08:22 | Şərh sayı: (0) | Baxılıb: 412
“Günəşli”də yanan neft quyuları tam söndürüldü
İtkin düşən 23 neftçinin axtarışları hələ də davam edir
Dekabrın 4-də Xəzər Dənizinin “Günəşli” yatağının 10 saylı Dərin Dəniz Özülündə baş verən qəzadan iki həftə ötür. Bu müddət ərzində itkin düşən 23 neftçinin axtarışları hələ də nəticəsiz qalıb. Onların yaşamasına olan ümidlər tamamən tükənib. Artıq neftçilərin cəsədlərinin tapılması da möcüzələrə qalıb.
İxlas.az musavat.com-a istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bort texniki mayor Etibar Nəzərov itkin düşən neftçilərin axtarışlarının davam edildiyini bildirib: “Fövqəladə Hallar Nazirliyinin aviasiya parkında olan təyyarə və vertolyotlar ”Günəşli" yatağında baş verən qəzada itkin düşənlərin axtarışını davam etdirir". Mayor bildirib ki, Xəzərin Türkmənistan, İran, Rusiya və Qazaxıstana aid hissəsində də itkin düşənlərin axtarışı aparılır.
Qəza baş verən neft quyularında yanğın tamamilə söndürülüb. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib. O deyib ki, bununla dənizə neft dağılmalarına görə yarana biləcək ekoloji fəlakətin qarşısı tamamilə alınıb. N.Quliyevin sözlərinə görə, platformadakı yanan qaz quyularında isə yanğın söndürülmək üzrədir. “Biz yanğını ən qısa zamanda söndürməyə çalışırıq. Yanğın söndürüldükdən sonra platformada rekonstruksiya işləri aparılacaq. Bundan sonra quyular yenidən istismara veriləcək” deyə o, əlavə edib.
Onu da xatırladaq ki, dekabrın 4-dəki təbii fəlakət zamanı itkin düşən Neft Daşlarının üç əməkdaşına- buxar aqreqatının maşinisti Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları Bəhmən Cəfərov və Rövşən Məmmədovun ailələrinə SOCAR tərəfindən 15 min manat məbləğində birdəfəlik maddi yardım ayrılıb.
Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Nəticədə platformada olan 63 neftçidən 33-ü xilas olunsa da, yerdə qalanların həyatını qurtarmaq mümkün olmayıb. Axtarışlar nəticəsində 7 neftçinin cəsədləri tapılıb, 23-nün axtarışları hələ də davam edir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər