Xəzərdə itkin düşən neftçilərin axtarışları davam edir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-12-2015, 23:30 | Şərh sayı: (0) | Baxılıb: 384
Xəzərdə itkin düşən neftçilərin axtarışları davam edir
"Günəşli" yatağının 10-cu özülündə baş vermiş yanğın nəticəsində itkin düşənlərin axtarışı bu gün də davam edir. Axtarışlara bu gün səhər tezdən başlanılıb. Hazırda əməliyyatlara həm Fövqəladə Hallar Nazirliyinin, həm də Sərhəd Qoşunlarının vertolyotları, gəmilərlə davam etdirilir, dalğıclar gəliblər".
Bunu anspress-ə açıqlamasında "Azneft" İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov deyib. Onun sözlərinə görə, digər ölkələrlə də əlaqələr var, onlar da axtarış aparırlar. Lakin hələlik axtarışlarda heç bir yenilik yoxdur.
İkram Qurbanov həmçinin qeyd edib ki, hava nisbətən mülayimləşsə də axtarışlar üçün tam əlverişli deyil.
Dekabrın 4-də axşam saatlarında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. SOCAR-dan verilən məlumata görə, yanğına səbəb güclü tufanın saat 17:40 radələrində yataqdakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması olub.
Rəsmi məlumata görə, hadisə zamanı platformada 63 nəfər olub. Onlardan 7-nin meyidi tapılıb, 33 nəfər təxliyə olunub, 23 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.
Hazırda axtarışları davam etdirilən şəxslər aşağıdakılardır:
1. Qasımov İman Şura o. 01.12.1967
2. Qasımov Mübariz Dilqəm o. 21.01.1958
3. Rzaxanov Edik Rivazin o. 15.01.1983
4. Babazadə Tural Fətəli o. 01.09.1993
5. Quliyev Əzizağa Nöhbala o. 16.09.1953
6. Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
7. Qasımov Bayram Mirzəağa o. 20.03.1978
8. Abdullayev Adil Ələkbər o. 19,02,1953
9. Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
10. Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
11. Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
12. Niyazov Seyfəddin Abil o. 09.02.1968
13. İskəndərov İnqilab Osman o. 29.11.1957
14. Mayborda Oleq Akimoviç 21.11.1971
15. Əhmədov Canbaxış Əhməd o. 21.02.1962
16. İbrahimov Xalid Bəşir o. 12.08.1971
17. Həsənov Zaur Vahid o. 24.12.1975
18. Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
19. Hüseynov Bəhlul Sirac o. 25.11.1969
20. Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
21. Xəlilov Zaur Arif o. 15.09.1975
22. Şahmarov Sahib Güloğlan o. 02.08.1973
23. Əliyev Əyyub Xəlil o. 22.07.1973
Həmçinin dekabrın 4-də "Neft daşları" Neft-Qaz Çıxarma İdarəsinin 501 saylı özülündə baş vermiş qəza nəticəsində estakada döşəməsi üstündəki yaşayış köşklə birlikdə uçaraq dənizə düşüb.
Hadisə nəticəsində buxar aqreqatının maşinisti, 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov itkin düşüblər. Onların axtarışları hələ heç bir nəticə verməyib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər