Dövlət Komitəsinin əməkdaşı borca görə özünü asdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 20:08 | Şərh sayı: (0) | Baxılıb: 314
Dövlət Komitəsinin əməkdaşı borca görə özünü asdı
Bu gün gecə saatlarında Gəncə şəhərində intihar hadisəsi baş verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, şəhər sakini 1983-cü il təvəllüdlü Kamal Yaqubov özünü asıb.
Yaxınları bildirib ki, Kamalın çoxlu borcu olub və qaytara bilmədiyi üçün intihar edib. K.Yaqubov həm də bizneslə məşğul olub, özünün qapı istehsal edən sexi olub. Onun 1 yaşlı oğlu və 5 yaşlı qızı var.
K.Yaqubov Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsində Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətində işləyirdi.
Gəncə Şəhər Prokurorluğundan sayta bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər