Faciədən 39 gün keçdi - `Günəşli` hələ də yanır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 14:07 | Şərh sayı: (0) | Baxılıb: 385
Faciədən 39 gün keçdi - `Günəşli` hələ də yanır

Bu barədə AzVision.az-a “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.
Bildirilib ki, “Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Dövlət Sərhəd Xidmətinin (DSX) 2 gəmisi Türkmənistan istiqamətində axtarışlar aparır.
Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və BP-yə məxsus 2 gəmi yanğının söndürülməsi ilə məşğuldur.
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 10 nəfərin cəsədi tapılıb.
Hazırda itkin düşən neftçilərin axtarışı davam etdirilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər