İtkin neftiçinin cəsədi bu gün Türkmənistandan Bakıya gətiriləcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 12:12 | Şərh sayı: (0) | Baxılıb: 250
İtkin neftiçinin cəsədi bu gün Türkmənistandan Bakıya gətiriləcək
Yanvarın 11-də Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda tapılan neftçi Qasımov Mübariz Dilqəm oğlunun meyiti bu gün Azərbaycana gətiriləcək.
Bu haqda Modern.az saytına Fövqaladə Hallar Nazirliyinin mətbaut xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.
O qeyd edib ki, meyitin ölkəyə gətirilməsi üçün icazə verilib və təyyarə 1 saat sonra yola çıxacaq.
“Neftçinin meyiti Azərbaycana gətirildikdən sonra Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılacaq, sonra isə ailəsinə təhvil veriləcək”.
Xatırladaq ki, tapılan cəsədi Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus "Cabbar Həşimov" gəmisi aşkar edib. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus "Caspian Rovşan" gəmisinə məlumat ötürülüb və cəsəd gəminin göyərtəsinə qaldırılaraq Türkmənbaşı dəniz limanı istiqamətində aparılıb.
Məlum olub ki, meyit “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən neftçi, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğluna məxsusdur.
Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 11 nəfər neftçinin cəsədi tapılıb. Daha 19 neftçinin axtarışları davam etdirilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər