Daha bir neftçinin meyiti tapılıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-01-2016, 10:50 | Şərh sayı: (0) | Baxılıb: 277
Daha bir neftçinin meyiti tapılıb
Yanvarın 3-də «Günəşli» qəzasında itkin düşən neftçilərdən birinin də meyiti tapılıb.
Meyit Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.
Məlumatda deyilir ki, Azərbaycanın Xəzəryanı ölkələrə müraciətindən sonra aparılan axtarışlar zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65 km uzaqlıqda «Kursor» gəmisi kişi cəsədi aşkar edib. Cəsəd borta alınaraq Kiyanlı dəniz limanına aparılıb.
Cəsədin üzərində olan xilasedici geyimində «Azneft» yazısı olub.
Meyitin kimə məxsus olması haqqında heç nə deyilmir.
FHN bildirir ki, bu haqda əlavə məlumat veriləcək.
Bundan əvvəl də - dekabrın 27-də itkin düşənlərdən birinin meyiti Xəzərin Türkmənistana aid hissəsində tapılmışdı.
Dekabrın 4-də «Günəşli» yatağında baş verən qəza nəticəsində 7 nəfər həlak olmuş, 23 nəfər itkin düşmüşdü. Hazırda itkin düşənlərdən 21-i axtarılır.
"Azadlıq" radiosu
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər