BMT-dən Rusiyaya sərt xəbərdarlıq... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 07:05 | Şərh sayı: (0) | Baxılıb: 212
BMT-dən Rusiyaya sərt xəbərdarlıq...
Birləşmiş Millətlər Təşkilatı Rusiya döyüş təyyarələrinin Suriyanın Hələb şəhərində məktəbləri vurmasının beynəlxalq hüququn pozulması olduğunu açıqlayıb.
Avropa.info xəbər verir ki, BMT baş katibinin sözçüsü Stefan Dujarrik Hələbin qərbindəki Anjara mahalında məktəblərin bombalanmasından xəbərdar olduqlarını deyib.
"Məktəblərə və səhiyyə təşkilatlarına hücumların son həftələrdə adi hala çevrilməsindən narahatıq. Bu hücum beynəlxalq humanitar hüququn ciddi pozuntusudur. BMT-nin 2254 saylı qərarı vətəndaşlara, xəstəxana və məktəb kimi mülki təyinatlı binalara hücumların dərhal dayandırılmasını tələb edir", -deyə BMT rəsmisi qeyd edib.
Qeyd edək ki, rus döyüş təyyarələrinin Suriyanın şimalındakı Hələb şəhərində yerləşən Anjara mahalına təşkil etdiyi hava hücumunda 8-i şagird olmaqla 17 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilmişdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər