RSS
 

Login:
Şifrə:
» » Arvadını öldürməkdə suçlanan polis zabitinin növbəti şok müraciəti...

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Arvadını öldürməkdə suçlanan polis zabitinin növbəti şok müraciəti...

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 20:43 | Şərh sayı: (0) | Baxılıb: 322

Arvadını öldürməkdə suçlanan polis zabitinin növbəti şok müraciəti...


Arvadını öldürməkdə suçlanan polis zabitinin növbəti şok müraciəti... Samir Əliyev müstəntiqin apardığı istintaqdan razı deyil; Məhbus ekspert rəylərinin saxtalaşdırıldığını iddia edir

Ötən ilin yayında törədilən 2 saylı doğum evinin həkim-ginekoloqu Natəvan Əliyevanın dəhşətli qətli ətrafında gedən proseslər böyüyür. Qətllə bağlı həbs edilən mərhumun keçmiş həyat yoldaşı, polis zabiti Samir Əliyev istintaqın gedişindən razı deyil. Noyabr ayında həbs müddəti 4 ay artırılan S.Əliyev müstəntiq Aslan İbrahimovun istintaqı düzgün aparmadığını iddia edir.

Həbsinin 5-ci ayında ekspert rəyləri ilə tanış olan polis zabiti hazırkı həyat yoldaşı Zəminə Əliyeva vasitəsilə “Yeni Müsavat”a göndərdiyi məlumatda rəylərin saxtalaşdırıldığını iddia edib: “Müstəntiq Aslan İbrahimov çoxsaylı məqalələrdən və rəsmi müraciətlərdən sonra məni ekspert rəyləri ilə tanış etmək qərarına gəldi. Lakin ekspert rəylərində pozuntulara və saxtakarlığa yol verildiyinə görə protokola imza atmaqdan imtina etdim. Aslan İbrahimovun üzünü həbs olunduqdan sonra 2 dəfə məhkəmədə görmüşəm. Dəfələrlə yazılı və şifahi müraciətlər edərək, ifadəmə əlavələr etmək istədiyimi, cinayətin kim tərəfindən törədilməsi və müəyyən faktlara əsaslanan məlumatlarımın olmasını bildirsəm də, buna nail ola bilməmişəm. Ekspert rəylərini də mənə öz köməkçisi ilə təqdim edən Aslan İbrahimova suallarımı mətbuat vasitəsi ilə vermək istərdim:

1. Mənzilimdən və avtomobilimdən, üzərimdən götürülmüş şəxsi əşyalara təyin edilmiş məhkəmə bioloji-genetik ekspertizasının rəyinə görə qeyd etdiyim bütün əşyalarda mərhumun qan, tük, və digər izləri aşkar olunmadığı halda, ekspert qarşısında qoyulmuş sualları eynilə bir daha verməklə, ekspertiza təyin etməyinizi və elə həmin əşyalara və avtomobilə təkrar baxış keçirilməsini nə ilə izah edə bilərsiniz?

2. 20 avqust tarixində ekspert tərəfindən verilmiş rəyləri hansı əsas və maraqlara görə 3 aydan sonra mənə təqdim edirsiniz?”

Məhbus ekspert rəylərinin təzad təşkil etdiyini də bildirib: “Ölümün baş vermə səbəbi ilə bağlı suala cavab verən ekspert abzasların birində "bədəndə olan xəsarətdən və ya qanaxmadan ölməsi ehtimal olunur", digərində isə "ölümün dəqiq səbəbini müəyyən etmək mümkün olmamışdır" kimi təzadlı fikirlər irəli sürmüşdür. Ölümün baş vermə vaxtını da dəqiq müəyyən etmək mümkün olmadığını bildirən ekspert, başqa bir abzasda təxminən ölüm vaxtını 29-30 iyun 2015-ci il tarixlərində ehtimal etmişdir. Digər bir rəydə isə belə yazılır: "Avtomobildən götürülmüş tüklərin bir neçəsi morfoloji quruluşuna görə mərhumun tükünə oxşar ola bilər”. Burda sual yaranır: olmaya da bilərmi? Yazıq məhkəmə bu rəyə necə sübut kimi baxa bilər? 8 iyul 2015-ci il tarixində məlum hadisə ilə bağlı meyitxanaya gələndə, avtomobilim yuyucuda olduğu üçün tələsik taksi ilə gəlmişəm. Avtomobildən tük nümunəsinin necə götürülməsi, o tükün ora necə uçub, düşməsini deməyə ehtiyac yoxdur”.

Polis zabiti həyat yoldaşı vasitəsilə mərhumun itkin düşdüyü vaxtlarda da ciddi müəmmaların olduğunu qeyd edib: “Ekspertlərimizin ehtimallara söykənən rəylərinə sübut kimi yanaşsaq, belə qənaətə gəlmək olar ki, mərhumun ya ağır xəsarətdən, ya qanaxmadan, ya da Allah bilir nədən 29-30 iyun 2015-ci il tarixində öldürülməsi güman olunur. Mərhumun 25 iyun tarixindən itkin düşdüyünü, mənim və ailə üzvlərimin 26-27 iyunda polis tərəfindən dindirilərək, Xətai Rayon Polis İdarəsinin inzibati binasında olduğumu, bundan əlavə, avtomobilimdən də Xətai rayon Prokurorluğunun əməkdaşları tərəfindən baxış keçirilərək, ekspertiza nümunələri götürüldüyünü nəzərə alsaq, Aslan İbrahimovu görə bilmədiyim üçün ona cinayəti törətmiş şəxsi müəyyən etməkdə maraqlı şəxs kimi bir neçə sual vermək istəyirəm:

1. 29-30 iyun 2015-ci il tarixində öldürülmüş mərhum itkin düşdüyü 25 iyun tarixindən öldürülməsi ehtimal olunan vaxtadək harada olub? Niyə bunu aydınlaşdırmırsınız? Mən ki, o zaman nəzarətdə idim.

2. Necə olur ki, 26-27 iyun 2015-ci il tarixində Xətai polisində saxlanıldığım zaman hələ çirkli, yuyulmamış olan avtomobilimə baxış zamanı sizin ekspertin aşkar etdiyi tüklərdən aşkar olunmadı? Axı, artıq itkin düşmüş mərhumun saç nümunələrini də yastıqdan götürmüşdülər! Halbuki o zaman məndən daha çox şübhələnməyə əsas var idi.

3. Necə olur ki, çirkli maşında mərhumun tükünə bənzər tüklər olmadı, 13 gün sonra isə tər-təmiz yuyulub, təmizlənmiş avtomobildən tük çıxdı?

Koperfildin bəzi nömrələrini çox məşq etsəm də, tükün uçurdulub, maşına gəlməsindən heç baş aça bilmədim. Lakin yenə də məhkəmə perspektivi olmayan, ehtimal və fərziyyələrlə zəngin rəylər verən müstəntiq-ekspert qrupuna minnətdaram. Nə yaxşı ki, Koperfild yolunun davamçıları qarajımızdan İŞİD-a məxsus tank və ya raket qurğusu aşkar etməyiblər. Bu humanistliyi nəzərə alıb, şəxsən Aslan İbrahimova təşəkkür edirəm və ona bir hüquqşünas məsləhəti verirəm. Cinayət prosesi ittiham və müdafiə tərəfinin çəkişməsi prinsipinə əsaslanır. Sən səhv olaraq, məni təqsirləndirdin və səhv yöndə istintaq aparırsan. Halbuki, 3 övladımın anası öldürülən və himayəmdə 5 azyaşlı qalan ən böyük zərərçəkənəm. Sən isə, bunları nəzərə almayaraq, saxtakarlıq etməkdə davam edirsən. Cinayət Məcəlləsinin 290-cı maddəsini oxu. O maddə bu ölkədə bəlkə də ilk dəfə sənə tətbiq olunacaq”.

Xatırladaq ki, bu il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində naməlum qadının şəxsiyyəti müəyyənləşdirilib.

Meyitin 1981-ci il təvəllüdlü Bakı sakini Natəvan Əliyevaya məxsus olduğu bəlli olub. N.Əliyeva Xətai rayonunda yerləşən 191 saylı orta məktəbin direktoru Əliyeva Rəhimə İsmayıl qızının həm gəlini, həm də qardaşı qızı olub.

P.S. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Cavanşir ABBASLI,
Musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor