Manatın ən böyük ucuzlaşma hadisələri - Dörd devalvasiyanın TARİXİ |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-01-2016, 19:51 | Şərh sayı: (0) | Baxılıb: 344
Manatın ən böyük ucuzlaşma hadisələri - Dörd devalvasiyanın TARİXİ
Azərbaycanın milli valyutası olan manat 1992-ci il avqustun 15-dən tədavülə buraxılıb. Buna qədər azərbaycanlılar sovet rubluna manat deyirdilər. Müstəqillik şəraitində Azərbaycanda ilk vaxtlar manatla yanaşı, sovet rublu, sonradan isə rus rublu ilə paralel istifadə olunurdu.
1993-cü il noyabrın 22-dən sovet və rus rubllarının dövriyyədən çıxarılmasına başlanıldı.
Beləliklə, 1994-cü il yanvarın 1-dən manat Azərbaycanda yeganə ödəniş vasitəsi hesab olundu.
Modern.az saytının məlumatına görə, 1992-ci ildə Fransada istehsal edilən ilk manatlar 1, 10 və 250 nominalında idi (1 manat 10 sovet rublunun bərabər idi). Bundan başqa, 5, 10, 20 və 50 qəpiklər də xırda pul kimi vətəndaşların istifadəsinə verildi.
1992-ci ilin dekabrında bu əskinaslara 5, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıqlar da əlavə edildi.
Lakin 1994-cü ildə Azərbaycanda çox ciddi inflyasiya baş verdi və manat 17 dəfə dəyər itirdi.
Ümumiyyətlə, 1994-1995-ci illər Azərbaycan manatı üçün ən ağır dövr hesab olunur.
Əgər 1994-cü ildə 1 dollar orta hesabla 678 manata bərabər idisə, 1995-ci ildə bu nisbət kəskin artaraq 4413 manat təşkil etdi. Belə şəraitdə, heç bir dəyər ifadə etmədiyi üçün bütün qəpiklər və 1, 5, 10 manatlıq əskinaslar dövriyyədən çıxarıldı.
1996-cı ildə isə Milli Bank 50 min manatlıq əskinası tədavülə buraxdı. Həmin illərdə manatın möhkəmlənməsi üçün tədbir görülsə də, bu, qısa müddət effektli oldu. Valyutadəyişmə məntəqələrində 1 dolları 3900 manata dəyişdirməyə başladılar. Lakin dünya bazarlarında neftin qiymətinin 1 barelə görə 10 dollardan aşağı düşməsi və 1998-ci ildə Rusiyanın defolt elan etməsi Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmədi. O zaman hökumət manatın kursunu dollar qarşısında sabit saxlaya bilmədi.
1999-cu il iyulun 8-də Milli Bank manatın məzənnəsini 6,9 faiz ucuzlaşdırdı. Nəticədə 1 dollar yenidən 4155 manata bərabər oldu.
1999-cu ildən 2006-cı il yanvarın 1-nə kimi (manatın denominasiya olunmasına qədər) manat dollar qarşısında stabil şəkildə ucuzlaşdı. Bu ucuzlaşma 6 il ərzində 20 faizi keçdi. 2005-ci ilin fevralında dollarla manatın nisbəti 1:4918-ə bərabər idi.
2006-cı il yanvarın 1-dən Azərbaycan Mərkəzi Bankı manatın 1:5000 nisbəti ilə denominasiyasını həyata keçirdi. Köhnə əskinaslar 1 il ərzində dövriyyədən çıxarıldı, yeni dizaynlı və isitfadə müddəti daha davamlı olan manatlar əhalinin istifadəsinə verildi.
2015-cü il fevralın 21-nə kimi manat dollar və avro qarşısında stabil kursu ilə seçilirdi.
2015-ci il fevrlın 21-nə qədər 1 manat 0,78 dollar təşkil etsə də, həmin gün Mərkəzi Bankın qərarı ilə 1 manat 1,05 dollara qədər ucuzlaşdırıldı. Bu, 1994-1995 və 1999-cu illərdəki qəfil ucuzlaşmalardan sonra manatın 3-cü ən böyük ucuzlaşmasıydı.
Amma həmin hadisə milli valyutanın sonuncu devalvasiyası olmadı.
4-cü ən böyük devalvasiya da baş verdi. Belə ki, 2015-ci ilin iyul ayının sonlarından etibarən dünya bazarında neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən artırdı. Nəticədə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində manatın “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul etdi. Bu qərar əslində manatın növbəti devalvasiyası idi. 21 dekab 2015-ci il tarixibndən sonra 1 dollar 1,55 manata bərabər oldu.
Və həmin gündən manat dollar qarşısında dəyərini tədricən itirməkdə davam edir. Hazırda Bakıdakı valyutadəyişmə məntəqələrində və banklarda 1 dollar =1,65-1,75 manat səviyyəsindədir.
Manatı qarşıda daha nələr gözləyir, növbəti kəskin ucuzlaşma baş verəcək, yoxsa antiböhran tədbirləri milli valyutanın dəyərsizləşməsinin qarşısını alacaq?.. İstənilən halda bu, daha çox Azərbaycan hökumətinin atacağı addımlardan asılıdır...
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər