"Azərbaycan Pakistandan JF-17 qırıcıları alır" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 13:37 | Şərh sayı: (0) | Baxılıb: 622
"Azərbaycan Pakistandan JF-17 qırıcıları alır"
Azərbaycan Pakistandan JF-17 Thunder qırıcılarını almaq üçün danışıqlar aparır.
Virtualaz.org xəbər verir ki, bu haqda Pakistan prezidenti Məmnun Hüseyn ötən ilin sonlarında Bakıya etdiyi səfərin yekunları ilə bağlı danışarkən bildirib.
“Azərbaycan və Nigeriya Pakistan hərbi sənayesinin məhsullarnı, o cümlədən modernləşdirilmiş JF-17 qırıcılarını almağa maraq göstərir”-prezident Hüseyn bildirib.
Məmnun Hüseyn deyib ki, qırıcıların satışına dair sövdələşmə tezliklə əldə ediləcək. “Azərbaycan tezliklə Pakistan hərbi sənayesinin məhsullarının alıcısına çevriləcək”-prezident Ravalpindi Ticarət-Sənaye Palatasının nümayəndələri ilə görüşündə bildirib.
JF-17 Thunder qırıcı-bombardmançı təyyarələri Pakistan-Çin birgə istehsalıdır. Təyyarənin Çin versiyası FC-1 Xiaolong adlanır. Bu təyyarələri 90-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində Çinin “Chengdu Aircraft Corporation” şirkəti Pakistanın maliyyə dəstəyi ilə işləyib hazırlayıb. İlk sınaq uçuşlarına 2003-cü ildə başlayıb. Təyyarənin ekipajı 1 pilotdan ibarətdir, uzunluğu 15 metr, qanadlarının eni 9.46 metr, hündürlüyü 4.77 metrdir. Boş halda çəkisi 6411 kiloqramdır.
Maksimal sürəti 1910 kilometrə çatır, Yerdən 16.7 km hündürlüyə qalxa bilir, praktik uçuş hündürlüyü isə 15.24 km-dir. Təyyarə 23 millimetrlik avtomatik topla, “hava-yer” və “hava-hava” tipli raketlərlə, habelə idarəolunan bombalarla təchiz edilib. Bir reyddə 4 bomba daşıya bilir. Habelə idarəlunmayan 57 və ya 90 mm-lik raketər daşıyır.
Azərbaycan Pakistandan bu təyyarələri almağa hələ bir neçə il əvvəl maraq göstərirdi. Bu haqda xarici mənbələrdə məlumatlar yayılmışdı. İndi isə belə görünür ki, danışıqlar son mərhələdədir və bu təyyarələrin alınması Azərbaycanın Hərbi Hava Qüvvələrinin imkanlarını xeyli gücləndirəcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər