Prezident etiraf etdi: "Heç vaxt silahım olmayıb" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 21:11 | Şərh sayı: (0) | Baxılıb: 202
Prezident etiraf etdi: "Heç vaxt silahım olmayıb"
Ağ ev rəhbəri nəzarətsiz silah satan mağazaların bağlanmasını istəyir
"Mənim heç vaxt şəxsi silahım olmayıb". ANS PRESS-in məlumatına görə, bunu silah satışı ilə bağlı qalmaqalların mərkəzinə çevrilən ABŞ prezidenti Barak Obama deyib. Ağ ev rəhbəri CNN telekanalında silah satışı ilə bağlı keçirilən debatda iştirak edib.
Şəhərkənarındakı iqamətgahı Kemp-Deviddə stend atıcılığı üçün avadanlıqlarının olduğunu əlavə edən prezident bəzən ondan istifadə etdiyini gülərək deyib.
Söhbətin bu cür başlamasına səbəb ölkədə silah alverinə nəzarəti gücləndirilməsi üçün görülən tədbirlər olub. Bu məsələ Amerika konqresində birmənalı qarşılanmayıb.
Respublikaçılar dövlət başçısını vəzifəsində sui-istifadədə və səlahiyyətlərini aşmaqda günahlandıraraq, amerikalıların silah gəzdirmə hüququnun təmin edilməsini istəyiblər. Çünki ABŞ qanunlarına görə, vətəndaşlar silah gəzdirməkdə azaddırlar.
Debat zamanı Obama vurğulayıb ki, onun heç bir yeni qanun layihəsi ilə çıxış etmək fikri yoxdur. O, yalnız satışı nəzarətsiz həyata keçirilən “silah sərgilərinin” bağlanmasının tərəfdarı olduğunu bildirib.
"Mənim insanların əlindən silah almaq fikirim yoxdur və hakimiyyətdə olduğum 7 il ərzində heç bir silah satışı qalereyası bağlanmayıb. Mən onlara nəzarətin olmasını istəyirəm".
ABŞ-da silahlı insidentlər tez-tez baş verir. Belə ki, dəfələrlə silahlı şəxslər, o cümlədən yeniyetmələr xəstəxana, məktəb, mağaza kimi ictimai obyektlərə tez-tez silahlı basqınlar ediblər.
ABŞ da bu cür silahlı insident hallarının geniş yayıldığını qeyd etmək doğru olar. Beləki 4 dekabr 2012-ci ildə Nyutaun şəhərində 20 yaşlı Adam Lenza adlı yeniyetmə əvvəl öz anasını öldürərərk, daha sonra Sendi- Xuk məktəbində 5-7 yaşlı 20 uşağı qətlə yetirdikdən sonra inithar edib. Araşdırmalardan sonra onun Asperger xəstəliyindən əziyyət çəkdiyi məlum olub.
Son dəfə belə hadisə ötən ilin dekabrında San-Bernardino şəhərində baş verib. iki şəxsin - Səid Fərrux və Təşvin Malik adlı ər arvadın avtomat silahdan atəş edərək qarşısına çıxan hər kəsi güllələməsindən sonra Barak Obama konqresi avtomat silahının satışını məhdudlaşdırmağı və ya onların satışına ciddi nəzarət etməyə çağırıb.
Terror hadisəsi nəticəsində 14 nəfər həlak olub.
Obama hesab edib ki, atışma ilə bağlı növbəti hadisə ABŞ-ın bütün partiyalarını birləşməyə və qanunvericiliyi sərtləşdirməyə vadar etməlidir.
"Biz hələ bu cinayətin motivlərini bilmirik, amma bildiyimiz odur ki, amerikalıların təhlükəsizliyini qorumaq üçün addımlar atmalıyıq. Biz partiyaların birləşməsi ilə bu cür insidentlərin sayını azaltmalıyıq".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər