Bankların kredit "bicliyi" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-01-2016, 00:12 | Şərh sayı: (0) | Baxılıb: 294
Bankların kredit "bicliyi"
Kredit müqaviləsinin şərtləri aydın və sadə şəkildə yazılmalıdır ki, kredit götürən şəxs özünün öhdəliklərini tam dərk edə bilsin. Təəssüflər olsun ki, banklar tərəfindən əksər kredit müqavilələri həm xırda hərflərlə yazılır, həm də qəliz hüquqi terminlərdən ibarət olur.
Hüquqşünas-ekspert Asif Abdullayev Milli.Az-a bildirib ki, hüquqi müəyyənlik prinsipi baxımından, banklar bu cür hallara yol verməməlidirlər:
"Əksər vətəndaşlar qəliz hüquqi terminləri nəinki anlaya bilmirlər, hətta xırda hərflərlə yazıldığı üçün müqaviləni oxumaqda da çətinlik çəkirlər. Bankdan kredit götürmə prosesi üçün kifayət qədər vaxt tələb olunur. Kredit götürən şəxs ya işdən icazə alıb gəlir, ya da digər vacib işlərini təxirə salaraq banka gəlir. Kifayət qədər vaxt itirən şəxsin xırda hərflərlə yazılmış və anlaşılmayan terminlərlə tərtib edilmiş müqaviləni oxuma imkanı, təbii ki, çox aşağıdır. Kredit götürən şəxslərin əksəriyyəti müqaviləni bu səbəblərdən oxumurlar və müqavilə şərtlərini bankın vicdanına buraxırlar".
Eksperin sözlərinə görə, məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin verdiyi qərarda münasibət yer alıb:
"Konstitusiya Məhkəməsi oxşar məsələyə münasibət bildirərəkən öz qərarında qeyd etmişdir ki, tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun".
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər