Meyvənin mövsümün əvvəlində yeyilməsi |
Müəllif: Eli Aşiqi | Bölmə: Məqalələr | Vaxt: 17-03-2015, 18:27 | Şərh sayı: (0) | Baxılıb: 560
Meyvənin mövsümün əvvəlində yeyilməsi
Sağlamlığın amillərindən biri də meyvəni öz mövsümünün əvvəlində yeyilməsi və axırında isə tərk edilməsidir. Allahın Rəsulu (s) buyurub: Hər bir meyvəni təzə yetişdiyi zaman (öz mövsümünün əvvəlində) meyl edin. Belə olarsa, bədənin sağlamlığına və qəmin aradan getməsinə səbəb olar. Hər meyvəni öz mövsümünün sonunda tərk edin, çünki bədənin xəstəliyinə səbəb olur.
Qida mütəxəssislərindən biri deyir: "Müxtəlif meyvələrdə olan qidaların miqdarı öz fəsliylə uyğundur. Hər bir meyvəni öz fəslində yeyilməsi daha yaxşıdır. Doktor Rəhmani gigiyena və müalicə verilişinin müxbiriylə apardığı söhbətində bu mövzunu "İran tələbələri" xəbər agentliyinə bəyan etməklə bildirib: "Müxtəlif meyvələrdə olan qidaların miqdarı fərqli olmağına bamayaraq, bu maddələrin bütün meyvələrdən alınması bərabər olmalıdır ki, onlarda olan maddələrin hamısı bədənə çatsın. Diqqət etmək lazımdır ki, hər bir meyvə öz fəsilində yeyilərsə, bədənə faydası daha çox olar. Misal üçün: Qarpızın suyu çox olduğu üçün qışa nisbətən yayda daha faydalı və o fəslə daha uyğundur. Başqa bir misal: Qış fəsilinə məxsus olan portağalda C və D vitaminləri olduğuna görə bu fəsildə bədənə lazımlıdır. Halbuki başqa fəsillərdə qışda olduğu qədər lazım deyil, (Əksinə zərərlidir. Buna misal olaraq xiyar və pomidoru qeyd etmək olar. Soyuq tərəvəz olduqları üçün əgər yayda istifadə edilsələr, faydalıdırlar. Halbuki qışda bu tərəvəzlər zərərlidir.) Doktor Rəhmani söhbətinə davam edərək dedi: "İndiki zamanda müxtəlif fəsillərdə bütün meyvələri tapmaq olduğu üçün yaxşı olar ki, bu məsələlərə riayət edək, çünki qida cəhətdən dəyərsiz olduğu üçün məsləhət görülmür".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər