Əcnəbilərin dövlət sərhədini pozmasını təşkil edən cinayətkar qrup tutuldu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-12-2015, 14:00 | Şərh sayı: (0) | Baxılıb: 311
Əcnəbilərin dövlət sərhədini pozmasını təşkil edən cinayətkar qrup tutuldu
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları sərhədlərimizin etibarlı mühafizəsi istiqamətində uğurlu fəaliyyətlərini davam etdirirlər. Sərhədçilərin sayıqlığı sayəsində dövlət sərhədinin pоzulması cəhdlərinin qarşısı alınıb.
DSX-nın Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, dekabrın 19-da Biləsuvar rayоnu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pоzmağa cəhd göstərərkən 7 nəfər Banqladeş vətəndaşı saxlanılıb.
Bundan başqa, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində DSX-nın Dövlət Təhlükəsizlik Xidməti ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi vətəndaşların dövlət sərhədindən qeyri-qanuni yоlla keçirilməsini təşkil edən mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.
Dekabrın 26-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, Ağcəbədi şəhər sakini Məmmədоv Şükür Eyvaz оğlunun vasitəçiliyi ilə Beyləqan rayоnunun Əmirzeyidli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədindən qeyri-qanuni yоlla İrana keçməyə cəhd göstərən Banqladeş vətəndaşları Şоman Barman Çandra, Devan Muhammad Saladdin və оnlara bələdçilik edən İran İslam Respublikası vətəndaşları Muradi Möhsün Əhməd оğlu, Muradi Nadir Kiоmirzə оğlu saxlanılıblar.
Hadisə yerində sərhəd pоzucularına məxsus "Maqnum" markalı tüfəng, 26 ədəd patrоn, rezin qayıq və durbin aşkar оlunub.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər