Cibimizə `dağ çəkən` bayram qiymətləri |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-12-2015, 13:43 | Şərh sayı: (0) | Baxılıb: 332
Cibimizə `dağ çəkən` bayram qiymətləri
Bütün dünya Yeni ili qeyd etməyə hazırlaşır. Azərbaycanda isə 31 dekabr tək Yeni il deyil, həm də Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Bu bayramı kimi restoranda, kimi səyahətdə, kimi isə evdə qeyd edəcək.
Bayramı evdə keçirənlərin çoxluğunu nəzərə alıb ANS PRESS olaraq bayram süfrəsinin neçəyə başa gəldiyini araşdırdıq.
Bunun üçün yolumuzu sıxlığın daha çox yaşandığı 8-ci km bazarından saldıq. Bayramqabağı bu bazarda da qiymətlərdə süni artım müşahidə olunurdu.
Belə ki, əgər bir ailə bayramda hind toyuğu yemək istəyirsə bunun üçün ən azı 30 AZN ödəməlidir. Halbuki adi günlərdə bu toyuğun qiyməti 15-20 AZN-dən artıq deyil.
8-ci km bazarı
Bayram süfrəsini standart yeməklər,yəni salat, dolma, plovla bəzəmək istəyənlərsə bu nemətlər üçün nə az, nə çox 100 manat xərcləməlidirlər.Çünki bazarda kartof, soğanın qiyməti 60 qəp-1.20 qəp, pomidor, xiyar 2-4 AZN, çərəzlərə gəlincə qoz fındıq 10-15 AZN, meyvələr İsə fərqli qiymətlərədir. Məsələn, almanın kilosu 60 qəp-1 AZN, nar 2 AZN,mandarin 1.60 qəp, heyva 3 AZN-dir. Bu o deməkdir ki təkcə tərəvəz və meyvələr 50-70 manat əlavə xərc tələb edir.
Bayram süfrəsinin bəzəyi olan plovun düyüsü -1.80 qəp,2 AZN, şabalıd 4-6 AZN, kişmiş-in kilosu 5-6 AZN-dir.Ətin qiymətinə gəlincə mal əti 7-8 AZN,qoyun əti 10 AZN ,balığın kilosu 3-6 AZN dəyərindədir.
Bu rəqəmin üzərinə meyvə şirələrini də əlavə etdikdə məbləğ bir az da artır. Bir sözlə normal bayram süfrəsi 200-250 AZN ə başa gəlir. Təbii ki bu da hər kəsin cibinə münasib deyil.
İqtisadçı-ekspert Samir Əliyev hər il Azərbaycanda bir qayda olaraq qiymətlərdə sıçrayış baş verdiyini deyir. Onun sözlərinə görə bayramqabağı qiymətlərin qalxması sovet dövründən qalma bir ənənədir.
"Qiymətlər ona görə yüksəlir ki, ən kasıb insan belə bayramqabağı bazara üz tutur və nəsə almağa çalışır. Yəni tələbat artır. Tələb, yəni alan çoxdursa qiymət də bahalaşır. Bizdə də hamı bilir ki, tutaq ki, meyvəni, düyünü, əti istənilən ailə alacaq. Deməli, tələbat var. Alıcı çox olduğuna görə də bazarda qiymətləri qaldırırlar"
Xarici təcrübəyə nəzər salsaq görərik ki bizdən fərqli olaraq qonşu dövlətlərdə bayramqabağı kütləvi şəkildə endirimlər başlayır. Tutaq ki, bu endirim yeni illə bağlıdırsa, noyabr ayından etibarən endirimlərə start verilir.İnsanlar da bir qayda olaraq alış-verişi bayram ərəfəsinə saxlayırlar. Endirim kampaniyaları tək ərzaqlara deyil, həm də geyimlərə şamil edilir. Məsələn qonşu ölkə Türkiyə ,Rusiyada artıq illərdir ki bu cür ənənə davam edir.
Davam edən həm də hər il təşkil olunan yarmarkalardır. Bu yarmarkalar 29-30 dekabr xüsusuilə şənbə bazar günləri, 10-a yaxın ünvanda təşkil olunacaq. Bazarlarda qiymət artımı ilə üzləşənlərin yolunu bu ünvanlardan salması məsləhət olunur.Çünki onların təşkilində məqsəd istehlakçıların seçim imkanlarını artırmaq ,süni qiymət artımının qarşısını almaq və alıcılara daha ucuz məhsul təklif etməkdir. anspress
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər