Keçmiş İŞİD-çilər işgəncələrdən danışdı: “Əsirləri su quyusuna atırdıq” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-12-2015, 21:19 | Şərh sayı: (0) | Baxılıb: 280
Keçmiş İŞİD-çilər işgəncələrdən danışdı: “Əsirləri su quyusuna atırdıq”
İŞİD qruplaşmasını (“İslam dövləti”) tərk edərək qaçan keçmiş döyüşçülər terrorçuların qayda və yaşayış tərzindən danışıblar. Modern.az xarici mətbuiata istindla xəbər verir ki, terrorizm problemləri ilə məşğul olan ekspertlər Anna Spekhard və Əhməd Yail Suriya-Türkiyə sərhəddində radikal təşkilatdan qaçan bir neçə nəfərlə söhbət edib.
Keçmiş ekstremistlər İŞİD-in amansızlığından və vəd edilən “dini cənnət”dən əsər-əlamətin qalmadığını deyiblər. Onlar qruplşmanın amansızlıq strategiyasından konkret misallar gətiriblər.
“Orada Hut deyilən su quyusu var idi. İŞİD-çilər əsirlərin gözlərini bağlayaraq deyirdilər “indi sən azadsan, gedə bilərsən amma gözlərini açma”. Girovlar isə qabağa gedirdilər və quyuya düşürdülər”.
Keçmiş döyüşüçlərdən biri Anna Spekharda bu yolla terrorçuların 300-dən artıq insanı quyuda öldürdüyünü söyləyib.
Bu metodlarla İŞİD əhali arasında və rəqib qruplaşmalarda özünə qarşı qorxu xofu yarada bilirdi. Deyilənə görə Azad Suriya Ordusu ilə mübarizədə İŞİD uşaqlardan canlı bomba kimi istifadə edirdi.
“Əgər kimsə nəyisə düz etməmişdisə, onu suyun altında boğurdular. Əgər onlara kimsə xoş gəlmirdisə, onun başını kəsirdilər”.
Keçmiş döyüşçülər İŞİD-in yalan vədlər üzrənidə qurulan bir təşkilat olduğunu və get-gedə daha az tərəfdar topladığını deyib.
“2014-cü ildə mən anladım ki, İŞİD yalançı təşkilatdı. Orada bir oğlan gənc qızı zorladı və buna görə ona heç nə etmədilər. Əvvəllər yaxşı həyat arxasınca, qruplaşmaya qoşulanlar çox idi amma İŞİD-in nəzarətindəki ərazilərdə yaşanan kasıblıq və səfalət bu fantaziyanı puç etdi”.
Keşmiş İŞİD-çilər hazırda qruplaşma sırlarında vuruşanları seçimi olmayan insanlar hesab edir. Onların fikrincə, təşkilat üzvlərinin bir çoxu Türkiyə və Livana qaçaraq dəniz yolu ilə regionu tərk edir.
Qərb mətbuatı 2015-ci ildə İŞİD qruplaşmasının nəzarətində olan torpaqların 14%-nin əlindən çıxdığını yazmışdı.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər