Ordunun leytenantı özünü güllələdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-12-2015, 13:13 | Şərh sayı: (0) | Baxılıb: 271
Ordunun leytenantı özünü güllələdi
Azərbaycan silahlı qüvvələrində bədbəxt hadisə baş verib.
AzNews.az xəbər verir ki, Müşfiqabad qəsəbəsindəki N saylı hərbi hissənin leytenantı, taqım komandiri Qasımov Ədalət özünü güllələyib. Dərhal hərbi hospitala çatdırılan zabitin həyatını xilas etmək mümkün olub. Lakin hərbiçi hazırda komadadır və vəziyyəti ağır qiymətləndirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı faktı nə təsdiq, nə də təkzib edib. O, məsələ ilə bağlı nazirliyə sorğu göndərilməsini məsləhət görüb. Mərkəzi hospitalın adının çəkilməsini istəməyən əməkdaşı isə faktı təsdiqləyib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər