Misirin Din Nazirliyi Mahmud Ənvər Şahatın Quran qiraətinə qadağa qoyub |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-12-2015, 13:47 | Şərh sayı: (0) | Baxılıb: 292
Misirin Din Nazirliyi Mahmud Ənvər Şahatın Quran qiraətinə qadağa qoyub
Misirin Din (Vəqf) Nazirliyi ölkənin iki məşhur Quran hafizini və qiraət ustasını İrana səfər etdikləri üçün cəzalandırıb.
IQNA’nın İnterAz-a istinadla verdiyi xəbərə görə, Mahmud Ənvər Şəhat və Məhəmməd Yəhya Şərqavi bu il həcc mövsümündə Məkkədə baş vermiş faciədə həyatını itirən iranlı hafizlərin əza məclisində iştirak etmək üçün İrana səfər ediblər.
Səfərdən qayıtdıqdan sonra Din Nazirliyi onlara qarşı sərt cəza tətbiq edib. Belə ki, onların rəsmi mərasimlərdə, radio və televiziyada Quran tilavət etməsi qadağan edilib.
Qeyd edək ki, Mahmud Ənvər Şəhat tanınmış Quran hafizi mərhum Məhəmməd Ənvər Şəhatın oğludur. Gənc olmasına baxmayaraq dünyanın ən gözəl Quran tilavətçilərindən biri olaraq sevilir və müxtəlif ölkələrdən dəvətlər alır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər