Bakıda təkər təmirçisindən insanlıq dərsi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-10-2015, 12:34 | Şərh sayı: (0) | Baxılıb: 293
Bakıda təkər təmirçisindən insanlıq dərsi
Avtomobilin qapısını açıq qoyub gedən sürücü geri döndükdə gördüklərinə inanmadı
Facebook istifadəçisi Ənvər Yavəroğlu öz profilində maraqlı bir məlumat paylaşıb. Milli.Az avtosfer.az-a istinadən bildirir ki, Ənvər bəy Bakıda əsl insanlıq göstərən bir hadisənin təfərrüatlarını yazıb. Onun yazdıqlarını olduğu kimi təqdim edirik və belə insanlarla qürur duyduğumuzu bildiririk:
"Üzümü bütün günü "bizim millət belə, bizim millət elə" deyib ancaq gözəl millətimin görünməsi lazım olmayan tərəflərini görənlərə tutub bildirirəm!
Maşını işin qabağında, gediş-gəlişli trotuarın düz kənarında saxladım. 7 saat orada olub. Sağ qabaq şüşə isə tamamilə açıq qalıb. Maşının içərisində "macbuk"um, proyektorum, sənədlərim, müxtəlif aksessuarlar, saatım, istifadə etmədiyim portmanatım və 6 ədəd parfümüm vardı. Əlavə isə arxada ofisin müxtəlif əşyaları, kompüterlər, məhsullar.
Mən maşına yaxınlaşanda onu şəkildə göründüyü kimi gördüm. Qapını açıb baxdım ki, şüşə açıq qalıb. Və kimsə götürüb ora qəzet yapşdırıb ki, maşının şüşəsini açıq görməsinlər və içəri nəsə atmasınlar. Mən bunu kimin etdiyini tapdım. Maşından bir neçə metr kənarda təkər təmirində çalışanlar ediblər. Onlara dərindən təşəkkürümü bildirdim. Sabah isə onlara hədiyyə verəcəm və yenidən təşəkkür edəcəm.
Bu da həmin qardaş - Rəşad!
Rəşad təkər təmirində çalışır. Gecələr də oradakı mağazalarda köməklik edib çörəkpulu qazanır.
Halal olsun sənə, qardaş!
Beləliklə, mənim əziz dostlarım! İnsanları sevmək üçün bəhanə lazımdır. Səbəb axtarmayın! Mənim millətim məni qürurlandırır! Ətrafımızda bu qədər gözəl hadisələr olur. Bunları dəyərləndirmək lazımdır ki, çoxalsınlar!
Ən azından yolu keçərkən maşını saxlayıb sizə yol verənlərə təşəkkür edək ki, onlar da stimul alsınlar".
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər