Cəlilabadı sel basdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-12-2015, 21:11 | Şərh sayı: (0) | Baxılıb: 284
Cəlilabadı sel basdı
Ötən gün axşam saatlarında küləklə müşayiət olunan güclü yağış Cəlilabadda da öz təsirini göstərib.
Ixlas.Az CTV-yə istinadən bildirir ki, fasiləsiz yağışların yağması nəticəsində sel suları Ələt-Astara magistral yolunun kənarındakı çökəkliklərə yığılaraq gölməçələr yaradıb. Nəticədə yolun kənarındakı bəzi iaşə obyektlərinin həyətləri su altında qalıb. Bu da həmin obyektlərin normal işləməsində çətinliklər yaradıb. Bundan başqa, avtomobil yolunun kənarındakı bəzi əkin sahələrinə də ziyan dəyib. Rayonda daha çox məcrasından çxması ilə fəsadlara səbəb olan Mişarçayda da suyun səviyyəsi xeyli artıb. Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, fasiləsiz yağan yağışlar rayon üçün elə bir ciddi problem yaratmayıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər