Cərimələri azaltmaq lazımdır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 17-12-2015, 16:57 | Şərh sayı: (0) | Baxılıb: 257
Cərimələri azaltmaq lazımdır
"Azərbaycanda cərimələri nəinki qaldırmaq, hətta indiki cərimələri ciddi surətdə azaltmaq lazımdır".
Milli.Az xəbər verir ki, bunu hüquqşünas-ekspert Ərşad Hüseyov yeni İnzibati Xətalar Məcəlləsində (İXM) inzibati xarakterli qanun pozuntularına görə cərimələrin artırılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Ekspert qeyd edib ki, son günlər yeni İnzibati Xətalar Məcəlləsinin hazırlanması barədə məlumatlar dolaşır. Özü də xətalara görə cərimələrin dəfələrlə artırılacağı deyilir. Məsələnin bu cür təqdim edilməsi yanlış, hətta təhlükəli yanaşmalara, fikirlərə meydan verib: "Bəzi insanlar bunu ölkədəki iqtisadi durğunluqla əlaqələndirərək cərimələr hesabına büdcəyə xeyli vəsait yığılmasına cəhd edildiyini düşünürlər. Əminliklə deyirəm ki, həm cərimələrin artırılması yanaşması, həm də cərimə hesabına büdcəni zənginləşdirmək düşüncələri kökündən yanlışdır, hətta təhlükəlidir".
Ə.Hüseynovun fikrincə, cərimənin iqtisadiyyata əsas iki cür bağlılığı var: "Birincisi, onun pulla (valyuta ilə) ifadə edilməsi, ikincisi, cəmiyyətdəki maddi duruma uyğunluğu. Ona görə də cərimə sırf hüquqi məsələdir, yəni onun məbləği müəyyən edilərkən sanksiyanın səmərəliliyi, hüquq pozuntularının qarşısını ala bilməkdə rolu, eləcə də icra edilə bilməsi və s. nəzərə alınmalıdır".
Hüquqşünas hesab edir ki, insanların maddi durumu ilə uyğun gəlməyən, fantastik cərimələr hüquqi nihilizm (qanunun mənasızlığı, tələ olması və s. barədə düşüncələr) yaradır və korrupsiyaya yol açır: "Ona görə də nəinki cərimələri qaldırmaq, hətta indiki cərimələri ciddi surətdə azaltmaq lazımdır. Bunun əksini düşünənlər kobud şəkildə yanılırlar və hüquqi sanksiyanın mahiyyətini, rolunu anlamırlar. Əgər cəmiyyətdə nizam-intizamı artırmaq istəyiriksə, məsuliyyətin labüdlüyünü, qaçılmazlığını təmin etmək lazımdır".
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər