RSS
 

Login:
Şifrə:
» » Azərbaycanda cərimə erası başlayır

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Azərbaycanda cərimə erası başlayır

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-12-2015, 14:03 | Şərh sayı: (0) | Baxılıb: 328

Azərbaycanda cərimə erası başlayır


Azərbaycanda cərimə erası başlayır


Əksər sahələrdə cərimələr sərtləşdirilir.

İnsana qarşı zorakılıqdan tutmuş, lisenziyasız özəl tibb fəaliyyəti göstərməyə, enerji talanması, məktəb və xəstəxanaların təmiz saxlanmamasına, heyvanlara qarşı törədilən cinayətə qədər cərimə məbləğləri əhəmiyyətli şəkildə artırılır.

Milli.Az "Bizim Yol"a istinadən xəbər verir ki, prezident tərəfindən təqdim olunan yeni İnzibati Xətalar Məcəlləsi (IXM) Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunacağı halda 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

Əslində inzibati xətalara görə cərimələr qüvvədə olan İXM-nin 38-348-ci maddələrini əhatə edir. Yəni hazırda bizdə 310 inzibati cərimə növü var, sadəcə məbləğlər gələn il nəzərdə tutulandan aşağıdır. Məsələn, yeni hazırlanmış İXM-nin 520-ci maddəsinə görə gecə saat 00.00-dan səhər saat 07.00-dək məişət səs-küyünə qarşı mübarizə tələblərini pozmağa görə fiziki şəxslər 300-400 manat, vəzifəlilər 2500-3500 manata qədər cərimə olunacaqlar. Bir sözlə, səs-küy salmağa alışanlar qazanclarını aparıb topdan bir cərimə üçün ödəməli olacaqlar. Qüvvədə olan İXM-nin 306-cı maddəsinə görə səs salanlara xəbərdarlıq olunur və ya 30 manatdan 50 manata qədər miqdarda cərimə tətbiq edilir.

Qeyd edək ki, ölkədə minimum əməkhaqqı 105 manatdır. Dövlət Statistika Komitəsinin məlumatında 2015-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 462 manat olub. İndi sual oluna bilər ki, ayda 105 manat gəliri olan 300 manatı necə ödəsin? Bir cavabı var: zəhmət çəkib qanunlara əməl eləsin.

Məlum olur ki, cərimələrin sayı da artırılır. Hazırkı Məcəllədə 458 maddə mövcuddur, yeni Məcəllədə isə 520-ci maddənin varlığı cərimə sayının artırıldığı, ya da yeni cərimə növlərinin olduğunu göstərir. "Bizim Yol" qəzetinin araşdırmasına görə dünyada da inzibati xətalar qanunla reqlamentləşdirilir. Lakin inkişaf etmiş ölkələrdə cərimə məbləği əhalinin gəlirləri nəzərə alınmaqla ona uyğun müəyyən olunur və kökündə məntiq dayanır. Qəbul olunan qanunlar vətəndaşın bütün qazancını və qazanmadığını tutub əlindən almağa hesablanmır.

Misal üçün, Finlandiyada cərimələr əhalinin gəlirləri nəzərə alınaraq tətbiq olunur və sui-istifadəyə səbəb olmaması üçün, bu, qanunda dəqiq əksini tapıb. Tutaq ki, sürət həddinin saatda 60 km-dən çox aşılmasına görə sürücülər minimum 115 avro cərimə olunurlar. Amma məbləğ qaydanı pozanın aylıq gəlirinə uyğun dəyişə bilər. Təcrübədə bu qayda pozuntusuna görə 170 min avro cərimə də tətbiq olunub. Bir sıra Avropa ölkələri - İtaliya, Norveç, İsveç, Avstriya, Kipr, İslandiya, Danimarka kimi burada da minimum əməkhaqqı anlayışı yoxdur, insanlar işlə təmin olunub, hökumət bilir ki, adam qaydanı pozubsa 115 avronu da ödəmək gücündədir. Sərxoş halda avtomobil idarə etməyə görə də cərimə qəbul olunan alkoqolun dərəcəsinə uyğun 90-360 avrodan başlayır, yuxarı həddi yenə aylıq gəlirdən asılıdır. Bu qayda pozuntusuna görə 1-3 aylıq sürücülük hüququ və ya azadlıqdan məhrumetmə cəzası da istisna deyil. Parklama qaydasının pozulmasına görə 10-40 avro, təhlükəsizlik kəməri taxılmadığına görə 35 avro (əgər bu, kamera ilə qeydə alınıbsa), işıqforun qadağan olunmuş siqnalında keçidə görə 64 avro cərimə nəzərdə tutulur. Bu da yenə qaydanı pozanın əməkhaqqı miqdarına görə dəyişir.

Səs-küy salanlar dövlətə yox, qonşulara pul verirlər

O ki qaldı səs-küy çirklənməsinə görə cəza ilə bağlı ölkələrin təcrübəsinə, Rusiyada sakitlik "Əhalinin sanitar-epidemioloji salamatlığı haqqında" qanunla tənzimlənir. Səs-küy saat 7:00-23:00 arası 40 desibeldən çox olmamalıdır. 23:00-7:00 arası isə 30 desibeli aşmamalıdır. Fiziki şəxslərə 100-150 rubl (1.49-2.23 AZN), təşkilat sahiblərinə 20-40 min rubl (298-596 AZN) cərimə və işin 3 ay müddətinə dayandırılması ilə nəticələnir. ABŞ-da səs-küyə 1972-ci ildən nəzarət olunur, avtomobil, təyyarə, otbiçən maşın, ventilyator, kondisioner və qonşuların musiqi səs-küyü üçün yol verilən normalar müəyyənləşib.

Qonşulara səhər saat 6-dan axşam 10-a qədər uca səslərlə mane olmaq qadağandır. Hər ştat, hər şəhərin öz qaydası var. Ən sərt qayda Portlend şəhərindədir - 5000 dollar. Vaşinqtonda təkrar pozuntuya görə 500 dollar, Nyu-Yorkda it 5 dəqiqədən çox hürərsə, sahibini 70 dollar cərimə gözləyir. Bəs amerikalılar cərimələri nə ilə ödəyirlər? ABŞ-da işəgötürən təyin olunmuş həddən az maaş verə bilməz. Bu, saatda minimum 5 dollardır. Keçən il orta statistik amerikalı saatına 25 dollar alırdı. Yəni ölkədə bu gəlirə baxaraq cərimələr müəyyənləşir. İsraildə də "Səs-küylə mübarizə" qanununu pozan 140 dollar ödəməlidir. Çoxsaylı "səs-küy diversantı"na qarşı cinayət işi qaldırıla bilər. Çində sakitliyi təmin etmək üçün öz üsulları var. Dövlət imtahanı keçirilən təhsil ocaqlarının yaxınlığında istənilən təmir-tikinti işinin qadağan olunduğu barədə vahid göstəriş mövcuddur. Sutka boyu işləyən tikinti şirkəti verdiyi narahatlıqdan dolayı qonşulara ayda 5-10 dollar kompensasiya ödəməlidir. Pekində avtomobilin siqnal səsinə görə 780 dollar cərimə nəzərdə tutulur, amma heç kim ona əməl etmir, odur ki, paytaxtda dəhşətli səs-küy var.

Səssizlik baxımından İsveç ən əmin-amanlıq olan ölkədir. Restoran, bar, diskoteka və ticarət mərkəzi inşa etməzdən əvvəl diqqətlə "səs-küy ekspertizası" aparılır. Gecələr işləyən bütün obyektlər düz saat üçdə bağlanır. İsveç qanunlarına görə, qonşular səhər saat 7-dən axsam 6-ya qədər səs-küy sala bilərlər. Amma təmir işləri aparmaq istəyən isveçli evlər idarəsi və bütün sakinləri məlumatlandırmalı, onlara öz planlarına korrektələr etmələri üçün iş saatları və hansı işlərin görüləcəyini bildirməlidir. Təmir uzanarsa qonşulara narahatlığa görə kompensasiya ödəyir. Belə işlərə məhkəmədə baxılmır, adətən sülh yoluyla həll olunur. Yəni bəzi dövlətlərdə narahat olan vətəndaşa pul ödənir, hökumətə yox. Çox məntiqlidir.

Səs-küy sahəsində ən xırdaçı ölkə Almaniya hesab olunur. Normalar səs-küy üzrə Federal Texniki Təlimatda nəzərdə tutulub. Səs-küy səviyyəsi açıq pəncərədən yarım metr məsafədən qiymətləndirilir. Tikinti və təmir səs-küy sayılmır, çünki bu, müvəqqəti haldır. İnşaatçılar axşam saat 10-dan səhər 6-ya qədər və bazar günləri səssizliyə riayət etməyə borcludurlar. Məhkəmələrə görə qalan vaxtlar sakinlər səs-küylə "barışmalıdırlar". Alman uşaqları istədikləri vaxt öz əyləncəsinə görə qışqıra, ayaqlarını döşəməyə vura bilərlər, bu, məhkəmə iddiası üçün əsas deyil. Uşaqların səsinə dözməyən qonşulara məsləhət görülür ki, ən yaxşısı mənzillərini dəyişsinlər. Almaniyada minimum əməkhaqqı məbləği 1473 avrodur.

İçki və siqaretə görə 2000 manat cərimə, ya da 2 ilədək həbs

Daha bir dəyişiklik qanunla qadağan olunmuş yerlərdə siqaret çəkilməsinə görə cərimə tətbiqidir. Yeni Məcəlləyə əsasən, qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə ediləcəklər. Qüvvədə olan İXM-də siqaret çəkməyə görə cərimə nəzərdə tutulmur. Həmçinin, yeni Məcəlləyə əsasən müəssisə, idarə və təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılması, görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısı və ya işarəsinin təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər 1000 manat cərimə edilir.

Qanuna əsasən tədris, tərbiyə, səhiyyə, sağlamlıq, mədəniyyət obyektləri, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar, iş yerləri, ticarət, ictimai-iaşə, məişət obyektləri, ümumi istifadədə olan yaşayış binaları və digər qapalı yerlər, ictimai nəqliyyatda siqaret çəkilməsi qadağan edilir. Bir müddət əvvəl ictimai nəqliyyat vasitələrində siqaretin çəkilməsi ilə bağlı qadağaların pozulmasına görə cərimə tətbiqinə (50 manat) başlanılıb. Paralel olaraq dəyişikliyə görə, nağd yolla alınıb-satılan aksiz markalı mallar xeyli miqdardadırsa, yəni onların məbləği 50-500 manat arasındadırsa, 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Əgər 500 manatdan artıq məbləğdə alkoqollu içki və ya siqaret alınıb-satılsa, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Türkiyədə tütün məhsullarının reklamı 4300 dollar, siqaret kötüyünün zibil qutusuna atılmamasına görə cərimə 18 dollardır. Finlandiyada ictimai yerlərdə siqaret çəkməyin cəriməsi 150 dollar, İsveçdə 500 avro, Yunanıstanda 3000-10000 avro arası, ABŞ-da ştata və fiziki, hüquqi şəxsə görə 250-1000 dollar, Böyük Britaniyada stadionda siqaret çəkməyə görə 2500 avro, İrlandiyada ictimai-iaşə obyekti sahibinin siqaret çəkməyə icazə verdiyinə görə 10000 avro, Almaniyada ictimai-iaşə sahibi, sürücüyə müştəri və sərnişinə siqaret çəkdiyinə görə icazə verdiyi üçün 1000 avro, Fransada 68 avro (sahibkara 135 avro), Yaponiyada 500 dollar (turistə ilk dəfə haqq qazandırmaq olar) cərimə edilir.

Nəyin bahasına olursa-olsun cibi, bir az da büdcəni doldurmaq

Göründüyü kimi, cərimə məbləğlərini "Avropa standartları"na uyğunlaşdırırıq, amma təəssüf ki, bizdə əməkhaqqı inkişaf etmiş ölkələrlə müqayisə olunmayacaq dərəcədə aşağıdır. Məsələn, Lüksemburqda minimal əməkhaqqı aylıq 1922,96 avro, Belçikada 1501,82, İrlandiyada 1461,85 avro, Fransada 1457,52 avro, Britaniyada 1301 avro (keçən ilə qədər 5 mln. adam 1378,87 avro alırdı), Slovakiya 790,73 avro, İspaniya 756,70 avro, iqtisadi böhrandan əziyyət çəkən Yunanıstanda 683 avro və s.-dir. 5 il əvvəl Afinada bu rəqəm 862 olub.

İlk baxışda düşünmək olar ki, cərimələrin tətbiqinə başlanması (bir çoxu da işləmirdi) və eyni zamanda artırılması büdcənin gözlənilən kəsirini (Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2016-cı il icmal büdcəsinin kəsiri 9,947,954,7 min manat məbləğində müəyyənləşib) bağlamağa hesablanıb. Lakin həmin pulların 100% büdcəyə gedəcəyi şübhəlidir. Əgər cərimə adı ilə vətəndaşlardan alınan pulun yenə 70%-i cibə, 30%-i büdcəyə mədaxil edilsə, dövlətin gəlirində xüsusi bir artım gözləmək olmaz. Faiz nisbəti dövlətin xeyrinə dəyişərsə, bir az insaflı olub 30%-i cibə, 70%-i də dövlətin büdcəsinə verməyə qıyarlarsa, bəlkə, görülən tədbirlərin vətəndaşa olmasa da dövlətə bir xeyri dəyər. Amma buna da inanmaq çətindir, ona görə ki, korrupsiya, rüşvətin tüğyan etdiyi bir yerdə pul mövzularını əliəyrilərin vicdanına buraxmaq yanlışdır. Araşdırdığınızda elə dövlət büdcəsi də məmurların ixtiyarındadır, istədikləri kimi bölüşdürüb, xərcləyirlər. Belə görünür ki, qanundakı cərimə məbləğlərinin artırılması kasıblarla varlılar arasındakı uçurumun daha da dərinləşməsinə "xidmət" edəcək. Ən yaxşısı ilk növbədə mövcud cərimələrin qanuni şəkildə tətbiqinə başlamaq idi.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor