Dənizi hasara alanları sərt cəzalar gözləyir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-12-2015, 22:27 | Şərh sayı: (0) | Baxılıb: 285
Dənizi hasara alanları sərt cəzalar gözləyir
Dənizi hasara alanları sərt cəza tədbirləri gözləyir. Cərimələrin 140-150 dəfəyə qədər artırılması təklif edilir. Dənizi hasara alan şəxlər yüksək miqdarda cərimələnə bilər.
Ixlas.Az xezerxeber.com-a istinadən bildirir ki, bununla bağlı Torpaq Məcəlləsinə edilən dəyişiklik Milli Məclisin Aqrar siyasət komitəsində müzakirəyə çıxarılıb. Layihəyə əsasən Xəzər dənizinin Azərbaycana məxsus hissəsində sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə cərimələrin miqdarı artırılıb.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan həm dəniz sahillərinin həmdə digər torpqaların hasara alan şəxslər barəsində cəzalar sərtləşdirlib cərimələrin 140-350 dəfəyə qədər artılılması təklif edilir. Cərimələr hasarlama işi müvafiq icra hakimyyəti oqarnından icazəsiz edildikdə, habelə su ilə qurunun təmas xəttinin görünməsini əngəlləyən və ya gediş gəlişi məhdudlaşdıran tikinti materialından istifadə edildikdə tətbiq olunacaq.
Hazırda Fiziki şəxlərin cəriməsi 15-20 manatdırsa dəyişikilikdən sonra həmin məbləğin 3 min manata, vəzifəli şəxslərinki 30-50 manatdan 7 min manata, hüquqi şəxslərdə isə 100-150 manatdan 35 min manata qaldırılacaq. Digər dəyişiklikdə isə, dəniz inzibati tənbeh alan şəxs tərəfindən hasarlansa fiziki şəxslərin cəriməsi 24-35 manatdan 5 minə, vəzifəli şəxslərin 60-80 manatdan 10 minə, hüquqi şəxslərin isə 150-250 manatdan 50 min manata qaldırılması təklif edilir. Dəyişikliklərlə bağlı təkliflər Milli Məclisin plenar iclasına tövsiyyə olunub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər