Kənd bələdiyyəsinin sədri: "Bizi yerimizdən tərpətdilər" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-12-2015, 16:13 | Şərh sayı: (0) | Baxılıb: 268
Kənd bələdiyyəsinin sədri: "Bizi yerimizdən tərpətdilər"
Bir müddət öncə Yevlaxın Qoyunbinəsi kəndində futbol meydançasının yerləşdiyi ərazinin ətrafına məişət tullantılarının atılması nəticəsində antisanitar vəziyyətin yaşandığı barədə süjet təqdim etmişdik.
Artıq bununla bağlı aidiyyatı qurumlar fəaliyyətə keçiblər. Kənd bələdiyyəsinin sədri Vaqif Əliyevin sözlərinə görə, ərazinin məişət tullantılarından təmizlənməsinə başlanılıb. Yaxın zamanda isə meydançanın ətrafının lazımi materialla dövrəyə alınacağı bildirilir. Bələdiyyə sədri həmçinin, kənd ərazisindəki 4 istiqamətdə məişət artıqlarının atılması üçün yer də ayrılacağını deyib:
"Sag olsunlar, gəldilər, çəkiliş apardılar, bizi də bir balaca yerimizdən tərpətdilər. Ekologiyanın işçiləri də gəldilər. Bizə kəskin tapşırıqlarını verdilər. 10 gün müddətində buranın təmizlənməsini tapşırdılar. Artıq iş gedir. Ərazinin böyük hissəsini təmizləmişik. 1-2 günə tamamilə təmizləyəcəyik. Kənarda da yer ayırıb, vətəndaşlara deyəcəyik ki, gedib tullantıları oraya atsınlar".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər