Məktəblilərin saç forması necə olmalıdır? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-12-2015, 18:14 | Şərh sayı: (0) | Baxılıb: 415
Məktəblilərin saç forması necə olmalıdır?
Məktəblərdə şagirdlərin saç düzümlərinin müəyyən qaydada olması vacibdir. Lakin bəzən məktəblilər bu qaydalara əməl etmirlər.
Ixlas.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, şagirdlərin geyimləri ilə yanaşı, saç düzümləri də qaydasında, yəni sadə olmalıdır. Oğlanların saçı 3-5 santimetrdən çox uzanmamalı, klassik formada olmalıdır. Qızlar saç bantlarından istifadə etməlidirlər. Apardığımız araşdırmalar zamanı isə məlum olur ki, bəzən qaydalara əməl edilmir. Məktəblərdə saçlarını açıq formada qoyan, alınlarını telləri ilə örtən qız və oğlanlara rast gəlinir. Belə hallara əsasən yuxarı sinif şagirdləri yol verirlər.
"Mənim bantlara həvəsim yoxdur. Həm də texnikuma hazırlaşdığım üçün hazırlıqlara getdiyimə görə, bantlardan istifadə edə bilmirəm", - deyə 10-cu sinif şagirdi Zəhra Əliyeva bildirib. 11-ci sinif şagirdi Nicat Mahmudov isə: "Yaxşı olardı ki, məktəbə qayıdanda saçı necə düzəltmək lazımdırsa, o formada düzəldərdilər. Yəni nə artıq, nə də əskik formada olması, məncə, düzgün deyil", - deyib.
Təhsil işçiləri isə belə halların yolverilməz olduğunu və bunun qarşısının alınması istiqamətində işlərin aparıldığını deyirlər.
"Problemlər aşkar olunub. Kənd məktəblərində, şəhər məktəblərində belə hallar olur. Məktəb rəhbərlərinə tapşırılıb ki, bu məsələləri aradan qaldırsınlar. Belə halların qarşısı məktəblərdə alınır. Çalışırıq ki, bunlara yol verilməsin", - deyə Yevlax Şəhər TŞ-nin müdir müavini Fəyaz Əliyev bildirib.
Qeyd edək ki, məktəblərdə "Şagird qaydaları" lövhəsi olur. Şagirdlərin həmin qaydalara əməl etməsi vacibdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər