"Müəllimlərin əmək haqqı iki dəfə artırılacaq..." |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 24-11-2015, 14:02 | Şərh sayı: (0) | Baxılıb: 402
"Müəllimlərin əmək haqqı iki dəfə artırılacaq..."
Respublikanın 12 regionunda olduğu kimi Gəncədə də dekabrın 24-ü, 25-i və 26-sı tarixlərində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanları keçiriləcək. Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Gəncə şəhərindən imtahanda iştirak edəcək müəllimlərin sayı 3705 nəfərdir. İmtahanlar 12 saylı tam orta məktəbdə 4 seans üzrə keçiriləcək. Hər seansda 360 müəllimin iştirakı nəzərdə tutulub. İmtahan müddəti 90 dəqiqə, sualların sayı isə 60 olacaq. Ümumi sualların 40-ı ixtisas üzrə, 20-i isə kurrikulum metodikanı əhatə edir. Sualların 10%-ni yazan müəllim diaqnostik qiymətləndirmədən keçmiş sayılır. İmtahanların təşkili səbəbinin müəllimlərin əmək haqlarının artırılması olduğundan, kafi nəticə əldə edən müəllimlərə bu şamil edilməyəcək.
İqbal Kərimov - Gəncə Şəhər Təhsil İdarəsinin kadrlar üzrə məsləhətçisi: "Bu sərəncam müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Bundan sonra onların əmək haqları iki dəfəyə qədər artacaq. Bundan başqa, növbəti tədris ilində direktorlarda müəllimlərin bal siyahıları olacaq. Bu isə o deməkdir ki, dərs bölgüsü diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən aparılacaq. Bəzən rast gəlirik ki, məktəbdə zəif müəllim güclü müəllimdən daha çox dərs aparır. Bu, aradan qaldırılacaq".
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər