Dilimiz ayaqlar altında |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-09-2015, 09:31 | Şərh sayı: (0) | Baxılıb: 360
Dilimiz ayaqlar altında
Azərbaycan dilinin vəziyyəti müzakirə mövzusudur.
Milli.Az anspress-ə istinadən bildirir ki, şəhərin ən gur və ən ucuz alış-veriş yerində Azərbaycan dili də ucuzdan ucuzdur. Burda dilimizin bütün qanunauyğunluqları ayaq altındadır. Amma heç kim də bunun fərqində deyil, çünki çoxumuz məhz belə danışırıq. Bu gün müəllimlərin əksəriyyətinin də dilində ciddi qüsurlar var. Ona görə də qarşıya çıxan 10 məktəblidən azı 5-i məhz belə danışır.
Yeganə Hüseynova əməkdar müəllimdir. Orta məktəbdə Azərbaycan dilini tədris edir, 8-ci sinfin dərsliyini də o yazıb. Etiraf edir ki, müəllimin nitqi uşaqlar üçün etalondur və dilimizin sıradan çıxmasında başlıca rolu müəllimlər oynayır.
Dilçi Məhərrəm Dövlətov isə bu məsələdə televiziyanın rolunu xüsusi vurğulayır. O qeyd edir ki, hərflərin səslənməsində nəfəs sistemi böyük rol oynayır. İnsan bilməlidir ki, hansı hərfin deyilişində nəfəs sistemi iştirak edəcək.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərovun da öz təklifləri var. Onun fikrincə, universitetlərdə müəllimlərə nitq mədəniyyəti tədris edilməli, işə götürülən zaman müəllimlərin danışıq qabiliyyəti mütləq yoxlanılmalıdır.
Bəs bütün bu təkliflər haqqında Təhsil Nazirliyində nə düşünürlər?
Təhsil Nazirliyinin rəsmisi İlham Nağıyevin sözlərinə görə, müəllimlər işə qəbul olunarkən nazirliyin nəzdində təşkil olunmuş komissiyada imtahan verirlər və bu zaman onların nitq qabiliyyəti nəzərə alınır: "Əgər alınırsa, onda gərək bütün müəllimlərimiz ədəbi dilin qayda qanunlarına əməl edərdilər. Etməyiblərsə, deməli, nəyisə düz etmirik, hardasa boşluqlarımız var və ədəbi dil normaları yenidən işlənib hazırlanmalı, tətbiq edilməlidir. Həm də bəzi sözlərin dilimizdə qarşılığının olmaması da dilçilərimizi və təhsil ictimaiyyətini düşündürməlidir. Əks halda, dilçilərimizin özü bəzi sözlərin əlində əsir qalacaq."
Məhərrəm Dövlətov bəlkə də haqlıdır. Amma dilə dövlət kimi yanaşmaq lazımdır deyənlərdən haqlı deyil.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər