İŞİD əsirliyindəki keşiş: “Onlar savadlıdırlar…” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-11-2015, 23:30 | Şərh sayı: (0) | Baxılıb: 287
İŞİD əsirliyindəki keşiş: “Onlar savadlıdırlar…”
Onlar məndən ilahiyyata aid məsələlərlə maraqlanar, Allah, Müqəddəs Üçlük, İsa və onun çarmıxa çəkilməsi barədə soruşardılar.
Ixlas.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri üç ay "İslam dövləti"nin əsiri olmuş suriyalı keşiş Cək Murad ata deyib.
Onun sözlərinə görə, Elian monastrında könüllü fəaliyyət göstərən Botros Hanna ilə birlikdə qaçırılıblar.
Cək ata zorla avtomobilə otuzdurulub, gözləri sarıqla bağlanıb, Suriyanın Rakka şəhərinə gətirilib. Burada onlar 84 gün saxlanılıb. Onlara işgəncə verilməyib, tibbi yardım göstərilib və yemək verilib.
Cək ata xatırlayır: "Əsarətdəkilərə hədə-qorxu gəlirdirlər. Deyirdilər ki, islama keçməkdən imtina edərlərsə, öldürüləcəklər. Bizi qorxutmaq üçün onlar hətta neçə öləcəyimizi təfsilatlı izah edirdilər".
Keşişin sözlərinə görə, keçdiyi təcrübə əqidəsini möhkəmləndirib. Hərçənd ki, o bəzən başının kəsiləcəyini də düşünüb.
Həbsinin 84-cü günü qruplaşmanın əmiri onunla görüşüb: "Əl-Qəryəteyn xristianları səni qaytarmaq istəyirlər və bizi buna görə cana yığıblar, odur ki, tərpən.
Palmira və Savvanehi keçdikdən sonra avtomobil tunelə daxil olaraq gözdən itdi. Bizi maşından çıxardılar. Əmir əlimdən tutub məni yekə dəmir qapıya doğru apardı. O, qapını açanda mən içəridə kilsə icmasından iki adamı gördüm".
O deyib ki, cihadçıları mədəniyyətsiz bədəvilər kimi görməyə meyilliyik:
"Reallıq bunun tam əksidir. Onlar ağıllı, savadlı, universitet təhsillidirlər və bir şeyi planlaşdırarkən, hər bir xırdalığa diqqət yetirirlər".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər