Anamız üçün nə etmşik? |
Müəllif: Eli Aşiqi | Bölmə: Sual-Cavab | Vaxt: 12-12-2014, 02:06 | Şərh sayı: (1) | Baxılıb: 3098
Anamız üçün nə etmşik?
Bir gün bir gəncin anası ağır xəstələnir və onun əlacı səhranın o biri tayında yaşayan bir təbibdə olur. Bu gənc kasıb olduğundan dəvəsi yox imiş ki, anasını təbibə aparsın. Amma aparmasa, anası bu xəstəlikdən ölə bilərmiş. Gənc belə qərar verir ki, anasını belində aparsın. İsti hava, istidən qovrulan səhrayla oğlan anasını belinə alıb aparır. Təbib anasını sağaldandan sonra yenə o uzun səhra ilə anasını belində geri qaytarır. Mənzilə çatanda oğlanın bütün ayağının dərisi elə yanıbmış ki, az qala sümükləri görsənsin. Yenə də həmin gənc anasının yanında ağrıdığını bildirmirdi, sanki heç nə olmamış kimi anasına qulluq edirdi. Səhəri gün həmin gənc Peyğəmbərimizin (s.a.s.) yanına gedərək ona əhvalatı danışır və soruşur: «Mən bu əməlimlə anamın borcundan çıxa bilmişəmmi, öz övladlıq borcumu yerinə yetirmişəmmi?»
Cavabı:
Peyğəmbər (s.a.s) buyurur : "Bu hərəkətinlə sən yalnız ananın doğum sancısının əvəzini ödəyə bilərsən, o da tam olaraq yox, bəlkə yarısını”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər