"Minada ölәnlәrin sayı ilә bağlı bәzi dövlәtlәrin açıqladığı rәqәmlәr düzgün deyil" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-09-2015, 22:41 | Şərh sayı: (0) | Baxılıb: 397
"Minada ölәnlәrin sayı ilә bağlı bәzi dövlәtlәrin açıqladığı rәqәmlәr düzgün deyil"
"Minada ölәnlәrin sayı ilә bağlı bәzi dövlәtlәrin açıqladığı rәqәmlәr düzgün deyil".
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Sәudiyyә Әrәbistanının Azәrbaycandakı sәfiri Müsaid bin İbrahim əs-Süleym İranın ittihamlarına cavab olaraq deyib.
Onun sözlәrinә görә, ölәnlәrin dәqiq sayı 769 nәfәrdir: "Bu rәqәm Sәudiyyә Әrәbistanının qurumları tәrәfindәn elan olunmuş rәqәmdir. Bu mәsəlәnin araşdırılması üçün yüksәk sәviyyәli komissiya yarılıb. Sәudiyyә Әrәbistanı on illiklərdir ki zәvvarlarla bağlı öhdәliklәri yerinә yetirir. Bunun üçün milyardlarla pul xәrclәnir. Biz istәmirik ki, hәr-hansı bir ölkә bunu siyasi mәqsәdlәr üçün etsin".
Səfirin sözlərinə görə, İran baş vermiş hadisәni siyasi mәqsәdlәr üçün istifadә edir: "Bu hәr şeydәn әvvәl bir ziyarәtdir vә bunu siyasilәşdirmәk qәbuledilmәzdir. Yaradılmış komissiya hadisәni araşdırır vә yekunda nәticәlәr elan edilcәk. Biz heç zaman hadisәlәri qabaqlayıb mәsәlәni kiminsә üzәrinә qoymaq istәmirik. Bizdә olan mәlumata görә, bәzi zәvvarlar hökumәtlәrinin siyasәtinә uyğun olaraq qarışıqlığa sәbәb olublar. Amma mәn hadisәlәri qabaqlamaq istәmirәm. Komissiyanın yekun qәrarında hәr şey mәlum olacaq. İranlı zәvvarların hәcc ziyarәti zamanı qarışıqlıq yaratmasının tarixi var. Bundan әvvәl dә belә hadisәlәr olub. Әgәr bizdә hansısa mәsul şәxsin bu mәsәlәdә günahı sübut edilәrsә, o tam olaraq mәsuliyyәt daşıyacaq".
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər