Həqiqətənmi sədəqə vermək bəlanın qarşısını alar? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 20-03-2017, 18:29 | Şərh sayı: (0) | Baxılıb: 544
Həqiqətənmi sədəqə vermək bəlanın qarşısını alar?

Cavab: Hər gün az miqdarda da olsa sədəqə vermək hədislərdə çox təkid olunub. Həzrət Mühəmməd Peyğəmbər (s) bu barədə buyurmuşdur: “Gününüzü sədəqə verməklə başlayın (yəni səhər sədəqə verin). Hər kim gününü sədəqə verməklə başlasa, (həmin gün) ona bəla toxunmaz” (Biharül-ənvar, 96-cı cild, səh. 177). Yenə o həzrətin belə buyurduğunu rəvayət etmişlər: “Səhər açılanda sədəqə ver; bu sədəqə ilə həmin günün bədliyi səndən uzaqlaşar. Axşam düşəndə sədəqə ver; bu sədəqə ilə həmin gecənin bədliyi səndən uzaqlaşar” (Biharül-ənvar, 96-cı cild, səh. 176). Atalarımız da “hər ağızda bir dua var” demişlər. Sədəqə verdiyimiz fəqir şəxs bizim üçün xeyir-dua edəndə o duanın təsiri ilə bəladan qurtulmağımız mümkündür.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər