Xalq içində belə bir fikir var ki, namaz qılan adamı valideyni çağırsa, namazı kəsib cavab verməlidir. Bu fikir düzündürmü? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 2-03-2017, 00:24 | Şərh sayı: (0) | Baxılıb: 393
Xalq içində belə bir fikir var ki, namaz qılan adamı valideyni çağırsa, namazı kəsib cavab verməlidir. Bu fikir düzündürmü?
Sual: Xalq içində belə bir fikir var ki, namaz qılan adamı valideyni çağırsa, namazı kəsib cavab verməlidir. Bu fikir düzündürmü?
Cavab: Dini mətnlərimizdə bununla bağlı Peyğəmbərdən (s) və İmam Kazimdən (ə) iki hədisə rast gəlmişik. Hədislərin birində buyurulur ki, əgər namaz qılan adamı atası çağırsa, təsbih desin (Allahı zikr edib, “sübhanalah” söyləsin), anası çağırsa, cavab versin. Bu hədisdə namazın növü haqqında bir söz deyilməsə də, ikinci hədisdə buyurulur ki, müstəhəb namaz qılan adamı atası çağırsa, namazı kəsə bilməz, amma anası çağırsa, gərək namazı kəsib cavab versin. Müctəhidlərimizin bu mövzu barədə hökmü budur ki, vacib namazı qılan adam heç kimin çağırışı ilə namazı kəsə bilməz. Çünki o, hamıdan daha əzəmətli olan varlığın – Allahın hüzurunda, Onun vacib etdiyi namazı qılır. Amma son dərəcə zərurət halında namazı kəsmək olar. Zərurət deyərkən, yalnız valideynlə deyil, başqaları ilə də bağlı hallar nəzərdə tutulur. Məsələn, valideynin və ya başqa birisinin həyatı təhlükəyə düşübsə və o, köməyə çağırırsa, onun həyatını xilas etmək naminə namazı kəsməyə icazə verilir.
Qeyd edək ki, müstəhəb namaz qılan adamı valideyni çağırsa, namazı kəsib ona cavab verə bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər