Zina edən şəxsin daşqalaq olunmasının hökmü harada yazılıb? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 8-12-2016, 13:31 | Şərh sayı: (0) | Baxılıb: 458
Zina edən şəxsin daşqalaq olunmasının hökmü harada yazılıb?
Sual: Zina edən şəxsin daşqalaq olunmasının hökmü harada yazılıb?
Cavab: Şəriətdə buna “rəcm” deyirlər. Rəcm hökmü Qurani-Kərimin ayələrində yoxdur. Bu barədə fiqh məzmunlu hədislərdə buyurulub. Buna görə də, rəcm hökmü bu gün alimlər arasında müəyyən müzakirələrə və fikir ayrılıqlarına səbəb olub. Belə ki, bəziləri hökmün Quranda olmadığını əsas gətirərək, danırlar. Hətta bəzi mənbələrdə belə rəvayətlərə rast gəlirik ki, guya Quranda rəcmlə bağlı ayə var imiş və Peyğəmbərin (s) zamanında müsəlmanlar həmin ayəni oxuyub əməl edirmişlər. Lakin sonralar ya Peyğəmbərə (s) gələn vəhylə, ya da başqa hər hansı səbəbdən həmin ayə nəsx olmuş (öz qüvvəsini itirmiş) və Qurandan çıxarılmışdır. Amma bu kimi rəvayətlərin mötəbərliyi ciddi şübhə altındadır və Quranın təhrifdən uzaq olması prinsipinə tam ziddir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər