Hansı hallarda qeybətə icazə verilə bilər? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 6-11-2016, 16:43 | Şərh sayı: (0) | Baxılıb: 505
Hansı hallarda qeybətə icazə verilə bilər?
Sual: Hansı hallarda qeybətə icazə verilə bilər?
Cavab: Qeybət müsəlman əxlaqına yaraşmayan bir davranışdır, böyük günahdır, Allahın qəzəbinə səbəb olan əməldir. Lakin bəzi hallarda, başqa çıxış yolu olmadığı zaman qeybətə icazə verilə bilər. Məsələn, başqasını aldadan, ona ziyan vurmağa çalışan şəxsi ifşa etmək üçün onun aldatdığı adama həqiqəti açıb söyləmək icazəlidir. Bu zaman həmin yalançı və fırıldaqçı şəxsin əsil kimliyini söyləmək qeybət sayılmaz. İkincisi, məhkəmə zamanı dindirilən şahidlər, zərərçəkən şəxs heç nəyi gizlətmədən məhkəməyə ifadə verməlidir. Bu zaman mühakimə olunan şəxslə bağlı və məhkəməyə dəxli olan məsələni açıb söyləmək icazəlidir. Eləcə də, ideoloji zəmində təxribat yaradan, beyinləri zəhərləyən bir şəxsin düşüncələrini, o zamana kimi həyata keçirdiyi zərərli fəaliyyəti, qurduğu əlaqələri açıb cəmiyyətə bildirmək də günah deyil. Çünki yalnız bu yolla cəmiyyəti həmin zərərli fikirdən və onu yayan adamdan qorumaq olar. Lakin bütün bu hallarda da həddi aşmağa, zərurət olmayan yerdə sirləri açmağa icazə yoxdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər