Aşura şəhidi Həbib ibn Məzahir həqiqətən səhabə idi yoxsa tabeindən idi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 1-11-2016, 19:08 | Şərh sayı: (0) | Baxılıb: 385
Aşura şəhidi Həbib ibn Məzahir həqiqətən səhabə idi yoxsa tabeindən idi?
Sual: Aşura şəhidi Həbib ibn Məzahir həqiqətən səhabə idi yoxsa tabeindən idi?
Cavab: Həbib ibn Məzahirin səhabə ya tabein olması ixtilaflı məsələdir. Bir çox mənbələrdə onu səhabə kimi təqdim edirlər. İbn Kəlbi, İbn Həcər kimi müəlliflər Həbib ibn Məzahiri səhabə saymışlar. Amma bəzi mənbələr onun səhabə yox, tabein olduğunu bildirir. Mərhum Şeyxüt-taifə Tusi öz “Rical” kitabında onu İmam Əlinin, İmam Həsənin və İmam Hüseynin (ə) səhabələri sırasında qeyd edir. Həmin kitabda Peyğəmbərin səhabələri arasında Həbibin adı yoxdur. Eləcə də, Peyğəmbər səhabələrini əhatə edən əhli-sünnənin məşhur rical kitabları “Üsüdül-ğabə” və “əl-İsabə” də Həbib haqqında məlumat vermir. Həbib ibn Məzahirin Peyğəmbər zamanında səhabə sayılmayacaq dərəcədə kiçik yaşlı olması barədə mənbələrdə bəzi rəvayətlər də mövcuddur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər