RSS
 

Login:
Şifrə:
» » Həyat yoldaşının sayəsində behiştə yol tapan səhabə

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Həyat yoldaşının sayəsində behiştə yol tapan səhabə

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 15-10-2016, 16:40 | Şərh sayı: (0) | Baxılıb: 350

Həyat yoldaşının sayəsində behiştə yol tapan səhabə


Həyat yoldaşının sayəsində behiştə yol tapan səhabə Aşura günü zöhr namazı qılındıqdan sonra İmam Hüseynin (ə) silahdaşlarından Züheyr ibn Qeyn Bəcəli döyüş meydanına çıxdı. Züheyr vaxtilə İslam fəthlərində fəal iştirak etmiş, Azərbaycan uğrunda gedən Bələncər döyüşündə (Dərbənd yaxınlığında) böyük şücaət göstərmişdi.

Züheyr əvvəllər Əhli-beytə mənfi münasibət bəsləyirdi. Hətta hicrətin 60-cı ilində həcc ziyarətindən Kufəyə – öz evinə qayıdarkən, İmam Hüseynin (ə) karvanı ilə paralel yol getməli olsa da, ona yaxınlaşmır, İmamın mənzil saldığı yerdə köç salmırdı. Züheyr Hüseynlə (ə) düşmən münasibətdə olduğuna görə, yol boyunca Onunla görüşməkdən qaçırdı. Nəhayət, mənzillərin birində o da İmamın çadırlarının yanında köç salıb qalmağa məcbur oldu. Həmin gün İmam adam göndərib, Züheyri öz yanına söhbətə çağırdı. Züheyr əvvəlcə getmək istəmirdi. Amma həyat yoldaşı israr edib onu qınadı ki, niyə Peyğəmbərin nəvəsinin dəvətini yerə salırsan? Qadın Züheyrin “zəif damarından” tutub dedi ki, əgər dəvəti qəbul etməsən, hamı deyəcək ki, Hüseyndən (ə) qorxursan. Züheyr İmam Hüseynin (ə) çadırına gəlib, o həzrətlə görüşdü. İmamla söhbət Züheyrə elə dərin təsir etdi ki, əvvəlki fikirlərindən birdəfəlik əl çəkib, aşura karvanına qoşuldu.

İmam Hüseyn (ə) aşura günündə Züheyri öz qoşununun sağ cinahına komandan təyin etmişdi. Züheyr döyüşdən əvvəl düşmənə nəsihət etdi, amma yola gətirə bilmədi. Zöhr namazından sonra meydana girib, qarşı tərəfin 120 əsgərini cəhənnəmə göndərdi. Axırda onu da xəyanətlə vurub şəhid etdilər. İmam Hüseyn (ə) Züheyrin nəşi üstünə gəlib ona rəhmət oxudu, qatillərinə lənət və bəla istədi. Bəzi rəvayətlərə görə, Züheyrin əmisi oğlu Salman da Kərbəlada şəhid olmuşdur.

Qolları sındırılan səhabə

Nafe ibn Hilal Məzhici Kufədə yaşayırdı. Ustad qare, etibarlı hədis rəvayətçisi və şücaətli döyüşçü kimi tanınırdı. Nafe Həzrət Əlinin (ə) səhabəsi olmuş, onun hər üç müharibəsində iştirak etmişdi. Müslimin şəhadətindən də əvvəl Nafe Kufədən çıxıb, piyada halda özünü İmam Hüseynə (ə) yetirdi, atını isə nökəri Kamil gətirdi.

Aşuradan əvvəlki susuz günlərin birində Həzrət Abbasla birlikdə Fürat çayından su gətirməyə getmiş dəstədə Nafe də var idi. Həmin hadisədə Nafe igidlik göstərərək, bir neçə tuluq suyun düşərgəyə gətirilmə¬sinə yardım etdi.

Aşura günündə Nafe əvvəlcə düşməni öz iti oxları ilə həlak edirdi. Oxların ucuna zəhər sürtmüş, üstünə öz adını yazmışdı. Ox qabı boşalandan sonra qılıncını sıyırıb döyüş meydanına girdi, igidliklə döyüşüb düşməni pərən-pərən saldı. Axırda Nafenin hər iki qolunu sındırıb əsir tutdular. Onu Şimr şəhid etdi.

Qoşa döyüşüb qoşa ölən qardaşlar

İmam Hüseynin (ə) silahdaşlarının sayı azalanda Bəni-Ğifar qəbiləsindən Ürvənin iki oğlu Əbdürrəhman və Abdullah savaş meydanına yollandı. Onların babası Hərraq İmam Əlinin (ə) səhabəsi olmuş, Cəməl, Süffeyn və Nəhrivan müharibələrində iştirak etmişdi.

Qardaşlar çiyin-çiyinə vuruşmağa başladılar. Döyüş zamanı bir-birinə kömək edirdilər. Hətta rəcəzin (döyüş zamanı oxunan şerin) birinci misrasını qardaşlardan biri deyir, növbəti misranı o biri qardaş tamamlayırdı. Onlar birlikdə döyüşüb, birlikdə də şəhid oldular.

islam.az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor