Şeytan və İblis eyni məfhumlardırmı? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 1-10-2016, 15:19 | Şərh sayı: (0) | Baxılıb: 495
Şeytan və İblis eyni məfhumlardırmı?
Sual: Şeytan və İblis eyni məfhumlardırmı?
Cavab: Dilimizdə bu iki söz bəzən eyni mənada işlənsə də, əslində bir qədər fərqli mənalar kəsb edir. İblis konkret olaraq, cinlərdən birinin adıdır. O, Həzrət Adəmə (ə) səcdə etməkdən boyun qaçırmış, sonra onun qəlbinə vəsvəsə salmış, axırda ilahi dərgahdan qovulmuşdu. Şeytan isə ümumi məfhumdur. Həm İblis, həm ona tabe olan xəbis insanlar və xəbis cinlər, həm də Allahın qanunlarına zidd olan bütün mənfi hərəkətlər, niyyətlər, xəyallar, günahlar şeytan adını daşıyır. “Şeytan” sözü pisliyin, mənfiliyin ümumiləşdirilmiş ifadəsidir. Həzrət Mühəmməd Peyğəmbərin (s) bu kəlamı da deyilənlərə sübutdur: “Həsəd şeytandır, qəzəb şeytandır”. Elə biz də çox vaxt mənfi xasiyyətləri və pis hərəkətləri “şeytanlıq”, “şeytançılıq” adlandırırıq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər