Şeytanı ən çox sevindirən nədir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 9-02-2015, 00:06 | Şərh sayı: (0) | Baxılıb: 1114
Şeytanı ən çox sevindirən nədir?
Məlum olduğu kimi şeytan və köməkçilərinin bircə qayəsi var:
Insanı doğru yoldan uzaqlaşdırıb ALLAHın razı olmadığı işləri etdirmək. Şeytan insanı heç sevmir.
Çünki ilahi rəhmətdən qovulmağına səbəb olmuşdur. Haqq-Təalanın səcdə əmrinə qarşı çıxan, həqiqətlə əlaqəli bütün bağları qoparılan və mələklər arasındakı yerini də itirərək tamamilə tək qalan şeytan bu zaman intiqam arxasınca düşmüş, məqsədinə çata bilmək üçün ALLAHdan qiyamətə qədər möhlət istəmişdir. Müəyyən bir vaxta qədər möhlət verilən şeytan xətasını anlayıb tövbə edərək günahını bağışlatma yolunu tutmamış, əksinə, daha da azğınlaşmışdır. Özünə qiyamətə qədər məşğul olabiləcəyi hədəf seçmişdir. Bu hədəf onun ilahi rəhmətdən uzaqlaşdırılmasına səbəb olan insandı.
Daxili aləmi insana qarşı intiqam hissləri ilə dolu olan şeytan köməkçiləri ilə birlikdə hər gün yığışar və insanları yoldan çıxartmaq üçün planlar hazırlayar.
Şeytan hər günkü kimi yenə köməkçiləri ilə yığışmışdı. Onlara cürbəcür üsullar öyrətdi. Sonra hər birini iş başına göndərdi.
İş zamanı sona çatanda şeytanın köməkçiləri ona hesabat vermək üçün geri qayıtdılar. İçlərindən biri belə dedi:
-Ağa! Mən bir insana vəsvəsə verərək içki içirtməyi bacardım. Bu şəkildə onu yoldan çıxartdım.
Bu xəbər şeytanın o qədər də xoşuna gəlmədi. Sadəcə başını tərpətdi.
Digər şeytan söz aldı:
-Mən bir insanın qumar oynamasına səbəb oldum. Hər şeyini itirmişdi. Sadəcə evi qalmışdı. Ona "Evini də ortaya qoy. Qazansan, bütün itirdiklərini geri alarsan” –deyə vəsvəsə verdim.
O da oynadı və evini itirdi. İndi uşaqları ilə bayırda qalıb.
Bu xəbər də şeytanı çox sevindirmədi. O daha gözəl bir xəbər gözləyirdi. Növbə şeytanın başqa bir köməkçisinə gəldi:
-Ağa! Bir adamla həyat yoldaşı arasına fitnə saldım və onların arasını vurdum. Hamıya nümunə olan bir ailələri vardı. Amma mənim sayəmdə araları dəydi. Boşanmaq üzrədirlər. Bir-birlərini elə təhqir etdilər ki, barışmaları əsla mümkün deyil.
Bu xəbər şeytanın çox xoşuna gəldi. Artıq üzü gülürdü.
Köməkçilərinə belə dedi:
-Baxın, gözlədiyim xəbər bu idi. Ən yaxşı işi sən görmüsən. Səni təbrik edirəm. Məni çox sevindirdin.
Sonra şeytan onu yanına çağıraraq dedi:
-Mənim ən sevdiyim işlərdən biri evlilərin arasını vurmaq və onları bir-birindən ayırmaqdır. Bunu bacaranların yeri mənim yanımdır.
Şeytanın deyil, ALLAHın bəyəndiyi işləri görək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər