Zikrə doğru bir addım! |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 23-12-2015, 20:21 | Şərh sayı: (0) | Baxılıb: 296
Zikrə doğru bir addım!
Hər bir şəxsin agahlıq dərəcəsi onun öz nəfsini tanımasından asılıdır. Agahlıq insanın öz diqqətini haradan gəldiyinə, harada olduğuna və haraya gedəcəyinə yönəltməsidir. İnsan dünyanın bər-bəzəyinə aldanaraq bu uyğun məsələlərdən qəflətdə qaldıqca öz insani şəxsiyyətindən uzaqlaşır. Yalnız tövhid, nübüvvət və məad vasitəsi ilə kamilləşə biləcək insan qəflət doğuran səbəbləri tanımalıdır. "Ənam” surəsinin 68-ci ayəsində qəflət amilləri belə tanıtdırılır: "Bizim ayələrimiz barəsində cəfəng danışan şəxsləri gördüyün zaman söhbət dəyişənədək onlardan üz çevir. Şeytan sənin yadından çıxarsa, yadına düşəndən sonra zülmkar qövmlə oturma.” Ayədən məlum olur ki, qəflət səbəblərindən biri şeytandır. Quran şeytan dedikdə İblisdən olanları nəzərdə tutur. İblis isə Adəmə səcdə etməkdən boyun qaçıran şeytandır. Amma Qurani-kərimdə bütün şər mənbələri, eləcə də, şər cinlər və şər insanlar şeytan adlandırılır. İnsanı təkamül, Allaha itaət yolundan sapdıran hər bir mövcud şeytandır. İblis bu şər qəbiləsinin rəisidir. Bütün şər qüvvələr onun məktəbində təhsil alır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər