Şeytan cindir ya mələk? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 21-04-2016, 18:53 | Şərh sayı: (0) | Baxılıb: 888
Şeytan cindir ya mələk?
Sual: Şeytan cindir ya mələk?
Cavab: Şeytanın (İblisin) mənşəyi barədə alimlər arasında fikir ayrılığı vardır. Bəzi alimlər onu cin, bəziləri də mələk cinsindən saymışlar. Bunların hər biri öz sözünə Quran ayələrindən və hədislərdən sübut gətirir. Lakin İblisin cin cinsindən olması barədə fikir daha güclüdür. Əvvəla, mələklər məsumdurlar, onların günah etməsini düşünmək imkansızdır. İkincisi, Quranda açıq-aşkar buyrulur: “O, cinlərdən idi” (Kəhf, 50). Həmçinin, Quranda İblisin öz dilindən deyilir: “Mən ondan (Adəmdən) daha yaxşıyam. Çünki sən məni oddan, onu isə palçıqdan yaratdın!” (Əraf, 12). Məlumdur ki, cinlər də alovdan yaranmışlar: “Cinlərin əcdadını daha öncə tüstüsüz oddan xəlq etmişdik” (Hicr, 27).
Əks tərəf isə bunu iddia edir ki, Quranda Adəmə (ə) təzim etmək məsələsində İblisin adı mələklərlə bir sırada çəkilir (Bəqərə, 34; Kəhf, 50). Lakin məsələ bundadır ki, İblis əslində cin tayfasından olsa da, uzun müddət mələklərlə birlikdə olmuş, öz imanı ilə hətta mələklərə nümunə sayılmışdı. Ona görə mələklərlə bir sırada ona da Adəmin (ə) qarşısında səcdə etmək təklif edilmişdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər