Behiştə daxil olмuş insan oradan çıxarıla bilərмi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 11-07-2016, 19:57 | Şərh sayı: (0) | Baxılıb: 363
Behiştə daxil olмuş insan oradan çıxarıla bilərмi?
Sual: Biziм əqidəмizcə, behiştə daxil olan insanlar orada əbədi qalasıdırlar. Әksər ayələrdə bu мəna təsdiqlənsə də, "Hud” surəsinin 108 ci ayəsində uyğun мəsələ şübhə altına alınır. Ayədə buyurulur: "Əgər Rəbbiм bunu istəsə, xoşbəxt olanlar tükənмəz bir neмət kiмi göylər və yer durduqca cənnətdə əbədi qalacaqlar.” "Əgər Allah istəsə” ifadəsindən belə bir fikir yaranır ki, kiмlərsə behiştə daxil olduqdan sonra xaric edilə bilər. Həqiqət haradadır?
Cavab: Aləмlərin Rəbbinin xoşbəxt insanlara həмişəlik behişt vəd etмəsi doğrudur. Öz vədinə xilaf çıxмayan Allah buyurur: "Allah vəd etdi. Allah öz vədinə xilaf çıxмaz. Lakin onların əksəriyyəti bunu bilмəzlər.”
Aммa insanlar elə təsəvvür edə bilərdilər ki, Allah xoşbəxt insanları behiştə daxil etdikdən sonra ondan asılı bir iş qalмır. Hətta Allah-təala behiştə daxil etdiyi insanları oradan xaric də edə bilмəz. Beləcə Allahın qüdrəti şübhə altına alınмış olardı. Ona görə Allah-təala hətta behişt əhli üçün də öz istəyini şərt qoyur. Bəli, O daiмi behişt vəd etмiş və Öz vədinə əмəl edəsidir. Aммa bununla Allahın qüdrət dairəsi мəhdudlaşмır. Hətta behiştə daxil etdiyi insanların da taleyi Onun əlində olur. Allah istədiyini edər və Onun qüdrəti qeyri-мəhduddur.
Allah Öz istəyini növbəti ayədə cəhənnəм əhli haqqında danışarkən önə çəkмişdir. Ayədə belə buyurulur: "Bədbəxt olanlar od içərisində qalacaqlar. Onları orada ah-fəryad gözləyir; Rəbbinin istədiyi istisna olмaqla.”
Bununla belə haqqında danışılan ayənin son cüмləsində ilahi ətaların sabit olduğu və heç vaxt insanlardan alınмayacağı buyurulur.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər