Qurani-kərimdə “şiə” sözü işlənirmi? İşlənirsə, başa düşdüyümüz Əli şiəsi mənasını verirmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 18-06-2016, 19:19 | Şərh sayı: (0) | Baxılıb: 830
Qurani-kərimdə “şiə” sözü işlənirmi? İşlənirsə, başa düşdüyümüz Əli şiəsi mənasını verirmi?
Sual: Qurani-kərimdə “şiə” sözü işlənirmi? İşlənirsə, başa düşdüyümüz Əli şiəsi mənasını verirmi?
Cavab: “Şiə” sözünün ərəb dilindən tərcüməsi “tərəfdar, dəstə, firqə” deməkdir. Qurani-kərimdə də bu söz həmin mənada işlədilmişdir. Quranda bu söz həm müsbət, həm də mənfi qruplaşma mənalarında işlədilir. Müsbət qruplaşma mənasına misal olaraq aşağıdakı ayəni misal çəkmək olar: “Həqiqətən, İbrahim də onun (Nuhun) şiəsindən idi” (Saffat, 83). Mənfi məna yüklü ayələrə isə bunu misal çəkə bilərik: “Sonra hər bir firqədən Rəhmana ən çox asi olanı dartıb çıxardacağıq (araya gətirəcəyik)” (Məryəm, 69). Göründüyü kimi, Quranda “şiə” kəlməsi heç yerdə terminoloji olaraq “Əlinin tərəfdarı” anlamında işlədilməyib, ümumi mənada istifadə olunub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər