Quran baxımından qadının məhrəmləri |
Müəllif: L-e-y-l-a | Bölmə: Slide | Vaxt: 16-04-2016, 01:11 | Şərh sayı: (0) | Baxılıb: 446
Quran baxımından qadının məhrəmləri
Hidayət və səadət qaynağı, dünya və axirət xeyrinin qarantı olan Allah kitabı qadına məhrəm olanları bir ayədə tanıtdırır. Bununla da qadınlara kimin qarşısında azad, kimin qarşısında isə zinətlərini örtməli olduqlarını aydınlaşdırır: «…Öz-özlüyündə görünən (əl, üz istisna olmaqla) zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s.) naməhrəmə göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər; zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları cariyələrdən, yaxud kişiliyi olmayan xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək əşyalarını göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız»
Müsəlman qadınlar, Məhəmməd (s) ümmətinin qızları öz dünya və axirət mənfəətlərinə görə Haqq göstərişlərinə boyun əyməli, qeyrətli kişilər isə, İslam örtüyü ilə öz namuslarını həva-həvəs kölələrinin təcavüzündən qorumalıdırlar. Onlar öz xanımlarının yalnız onlara məxsusluğunu və digərlərinin onların gözəlliyindən ləzzət almalarının qeyrətsizlik olduğunu bilməlidirlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər